Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
Tarix: 19.09.2020 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


"Əmək pensiyası" haqqında qanuna dəyişiklik qəbul edilərsə, bu bir yox, bir neçə istiqamətdən ibarət olacaq.

Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, sosial sferada növbəti qanuna edilən dəyişikliyin pensiyalarla bağlı olacağı gözlənilir. Dəyişikliklərdən biri işləyən və eyni zamanda pensiya alan şəxslərlə bağlı olacaq. Belə ki, belə şəxslər pensiya alsalar da, paralel olaraq işlədikləri üçün əlavə vəsait toplanırdı. Məhz yeni nəzərdə tutulan dəyişikliyə görə bu vəsait yeni pensiya kapitalı formalaşdıraraq, vətəndaşın aldığı pensiyaya əlavə ediləcəkdir. Bu zaman vətəndaşdan heç bir sənəd tələb edilməyəcək. Yeni artım əlavə edildikdən sonra isə vətəndaş avtomatik məlumatlandırılacaq: "Nəzərdə tutulan ikinci bir dəyişiklik isə yaşa və əlilliyə görə olan iki pensiya növünə yeni baxışın müəyyən edilməsindədir. Belə ki, hazırda yaşa görə pensiya alan vətəndaş əlillik pensiyaya keçid edə bilmir. Bunu qanun qadağan edir. Amma yeni dəyişikliyə görə bu qadağa aradan qaldırılacaq".

E.Əmirov əlavə edib ki, daha bir təklif edilən dəyişiklik isə ailə başçısını itirməyə görə pensiya alan ailələrlə bağlıdır. Belə ki, hazırda ailə başçısını itirməyə görə pensiya ailə üzvləri arasında bölüşdürülür. Amma bu ailənin bir üzvü bu və ya digər səbəbdən hansısa bir növ üzrə yeni pensiya almalı olarsa, bu zaman ona verilən pay kəsilir:" Yəni ailə başçısını itirməyə görə 5 nəfərlik ailə üzvünün hər birinə 20% pay düşürsə, onlardan biri başqa pensiya alacagı təqdirdə, ona düşən 20% kəsilir. Növbəti aylardan ailə pulun 80%-ni almış olur. Amma bu yeni dəyişiklərə görə bu payın da itirlməməsi təklif edilir. Ailənin bir üzvündən kəsilən bu 20%-lik pay, ailənin digər 4 üzvü arasında bölüşdürülərək, 25%-li pay yaradacaq. Bu isə o deməkdir ki, ailədə yaranan yeni pensiya növünə görə bu ailə əvvəlcə aldıqları “ailə başçısını itirməyə görə pensiya”dan heç bir hissə itirməyəcək".




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
27.10.2020
Nikaha daxil olmaq istəyənlərin diqqətinə - Qayda dəyişir
26.10.2020
Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“
25.10.2020
Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11801

1 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
2 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
3 Manqal salatı
4 Əriştədən bir ailənin 9 üzvü öldü
5 İsraildən Azərbaycana humanitar yardım


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info