Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
Tarix: 20.09.2020 | Saat: 13:21:00 | E-mail | Çapa göndər


İşğalçı ölkənin iyul ayında dövlət sərhədində hərbi təxribat törətməsinin əsas səbəbi Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi olub. Çünki Paşinyan baş nazir seçildiyi ilk gündən Azərbaycan Ordusunun Aprel və Günnüt zəfərlərini Sarkisyan hakimiyyətinin səhvi və uğursuzluğu kimi dəyərləndirərək, özünə haqq qazandırmağla çalışırdı. Halbuki Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatı məhz Paşinyan hakimiyyətə gələndən 1 ay sonra baş verdi.

Trend-in məlumatına görə, bunu Millət vəkili Könül Nurullayeva deyib.

Deputat bildirib ki, cəmiyyət isə yeni baş nazirin özünə haqq qazandırma siyasətini qəbul etməyərək, Sarkisyandan miras qalan problemlərin həllini tələb edirdi.

"Belə olan halda Paşinyan Tovuz istiqamətində revanş götürməyə çalışdı, lakin erməni ordusu bu dəfə də sarsıdıcı zərbələr alaraq geri oturduldu. Ardınca Paşinyan “qələbə” görüntüsü yaradaraq, real məğlubiyyəti ört-basdır etməyə çalışdı. Azərbaycan Prezidentinin ötən gün yerli jurnalistlərə müsahibəsində də söylədiyi kimi, söhbət hansı qələbədən gedə bilər?! Məntiqlə yanaşsaq, “qələbə qazanan” tərəf nə üçün dəstək məqsədi ilə hərbi təşkilata (KTMT) müraciət etdi? Dövlət başçısının da söylədiyi kimi, Ermənistan iyul təxribatını törətməklə həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərinin reaksiyasını yoxlayırdı. Ümumiyyətlə, görünən odur ki, pandemiya səbəbindən daha acınacaqlı duruma düşən Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Elə son vaxtlar təmas xəttinə yaxın ərazilərə qüvvələrin cəmləşməsi, işğal altındakı ərazilərdə məqsədli şəkildə demoqrafik tərkibin dəyişdirilməsi siyasəri, işğalçı ölkə rəsmilərinin öz ampluasına uyğun şərtlər irəli sürərək, təxribatçı bəyanatlar səsləndirməsi siyasəti də bunu təsdiqləyir. Yeni müharibə cəhdi isə ilk növbədə danışıqlar prosesini pozmaq və bölgədə “status-kvo” vəziyyətini saxlamaq niyyətinə hesablanıb. Təbii ki, mövcud tendensiya Azərbaycana vəziyyətə adekvat tədbirlər görmək üçün tam əsas yaradır. Çünki rəsmi Bakı hər zaman qətiyyətlə bəyan edib ki, imitasiya naminə dialoq və danışıqlar formatının dəyişdirilməsi birmənalı şəkildə yolverilməzdir.

Mümkün müharibənin nəticələrinə gəlincə, Paşinyanın növbəti revanş cəhdi, mövcud hərbi-iqtisadi “potensial”la müharibəyə başlamaq Ermənistana baha başa gələcək. Ümumiyyətlə, yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq".




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Prezident İran Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
28.10.2020
Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib
28.10.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur
28.10.2020
Ermənilərin bu gün Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları məlum olub - SİYAHI
28.10.2020
İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir - Türkiyə XİN

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11800

1 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
2 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
3 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
4 Manqal salatı
5 Əriştədən bir ailənin 9 üzvü öldü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info