Yaponiyada əhalinin tərkibində yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb
Tarix: 21.09.2020 | Saat: 10:40:00 | E-mail | Çapa göndər


Yaponiya Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin yaydığı məlumata görə, bu ölkədə yaşlı əhalinin sayı rekord səviyyəyə çatıb.

AZƏRTAC xəbər verir ki, nazirlik tərəfindən bu barədə məlumat sentyabrın 20-də Yaponiyada qeyd edilən Ahıllar Günü ərəfəsində dərc edilib.

Bildirilir ki, cari il sentyabrın 15-nə olan son məlumata görə, Yaponiyada 65 və daha yuxarı yaşlı insanların sayı 36 milyon 170 min nəfərə bərabərdir. Bu rəqəm ötənilki göstəricini 300 min nəfər üstələyib.

Ölkə əhalisinin tərkibində yaşlı insanların ümumi payı isə 28,7 faiz təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 faiz çoxdur. Həmin rəqəmin artmasına ölkə üzrə əhalinin ildə təqribən 290 min nəfər azalmasının təsir etdiyi də bildirilir.




 
Bölməyə aid digər xəbərlər
26.10.2020
“Sağ qalmaq üçün kəndə köçün”
25.10.2020
Burunda olan tükləri kəsmək olmaz...
25.10.2020
Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
22.10.2020
Əriştədən bir ailənin 9 üzvü öldü
22.10.2020
“BMT-nin qətnamələri kağız parçası deyil”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11801

1 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
2 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
3 Manqal salatı
4 Əriştədən bir ailənin 9 üzvü öldü
5 İsraildən Azərbaycana humanitar yardım


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info