Prokurorluq Sabirabadda baş verən güllələnmə ilə bağlı məlumat yayıb
Tarix: 21.09.2020 | Saat: 11:14:00 | E-mail | Çapa göndər


Sentyabrın 20-də saat 06 radələrində Sabirabad rayonu ərazisində 1986-cı il təvəllüdlü Aqil Nəsirovun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qayını Zəka Nəsirovun qeyd edilən tarixdə ovda olarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Aqil Nəsirovun xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zəka Nəsirov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Astarada yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
25.10.2020
Mingəçevirdə qonşuların davasında iki nəfər xəsarət alıb
24.10.2020
Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı Rusiya vətəndaşı vəfat etdi
24.10.2020
Sabunçu sakini bıçaqla qətlə yetirilib
23.10.2020
Ağstafada iki maşın toqquşub, xəsarət alanlar var

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11801

1 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
2 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
3 Manqal salatı
4 Əriştədən bir ailənin 9 üzvü öldü
5 İsraildən Azərbaycana humanitar yardım


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info