Goranboyda şəhid bulağının açılışı olub
Tarix: 21.09.2020 | Saat: 11:13:00 | E-mail | Çapa göndər


Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilən Anar Məmmədov seçicilərinin suallarını cavablandırmaq, təkliflərini və problemlərini dinləmək məqsədilə mütəmadi olaraq Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə sakinlərlə görüşlər keçirir, onları narahat edən məsələləri operativ şəkildə həll edir.
Növbəti dəfə millət vəkili Anar Məmmədov və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Hazırəhmədli kəndində Şəhid Turab Məmmədovun anası Bəyaz Məmmədovanın evində olub, şəhid ailəsinin problemlərini dinləyiblər. Anar Məmmədov eyni zamanda şəhid Turab Məmmədovun və şəhid Vüsal Əliyevin adını daşıyan bulağın açılışında iştirak edib. Əvvəlcə şəhidin ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışı oldu.
Daha sonra millət vəkili və İcra başçısı bir qrup kənd sakinləri, ağsaqqallar və ziyalılarla görüşüb, kəndin mövcud problemləri ilə maraqlanıb, səsləndirilən məsələlərin həlli istiqamətində birgə müzakirələr aparıblar. Sonda şəhid anası və sakinlər göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.







 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
28.10.2020
Azərbaycanda son gündə 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib
28.10.2020
Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb
28.10.2020
Ermənilər Bərdəni yenidən raket atəşinə tutub, ölənlər var
28.10.2020
Azərbaycanda yaşı 100-dən çox olanların sayı açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11801

1 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
2 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
3 Manqal salatı
4 Əriştədən bir ailənin 9 üzvü öldü
5 İsraildən Azərbaycana humanitar yardım


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info