Bayden 200 milyon amerikalının öləcəyini bildirib
Tarix: 21.09.2020 | Saat: 12:58:00 | E-mail | Çapa göndər







Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden bazar günü yenidən səhv edib və nitqinin "sonuna kimi" ölkədə 200 milyon insanın dünyasını dəyişə biləcəyini deməklə seçicilərini qorxudub.

Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Bayden seçicilər qarşısında növbəti çıxışı zamanı bildirib: "Qiymətləndirmələrə görə (koronavirusdan – red.), 200 milyon insan öləcək – yəqin ki, mən bu nitqi bitirənə qədər".

Ola bilsin, Bayden ABŞ-da bu günə qədər koronavirusdan ölmüş təxminən 200 min xəstəni nəzərdə tutub.

Bu, Amerika prezidentliyinə ən yaşlı namizədlərdən birinin çoxsaylı çıxışlarında etdiyi ilk səhv deyil.

Ölkənin keçmiş vitse-prezidenti bundan əvvəl də koronavirusdan ölənlərin sayı ilə bağlı səhv edib, nədənsə telesuflyordan "sitatın sonu" sözlərini ucadan oxuyub, arvadını və bacısını səhv salıb, ABŞ Konstitusiyasından sətirləri unudub, seçkiqabağı çıxışlarının cədvəli olan vərəqəni bir neçə dəfə cibindən çıxararaq seçicilərə göstərib.





 
Bölməyə aid digər xəbərlər
28.10.2020
İran Bərdəyə hücumu kəskin şəkildə pislədi
28.10.2020
Bərdəyə hücum bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi
27.10.2020
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
27.10.2020
Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
27.10.2020
Trampın seçki kampaniyasında Gəncə terroruna etiraz edildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11801

1 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
2 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
3 Manqal salatı
4 Əriştədən bir ailənin 9 üzvü öldü
5 İsraildən Azərbaycana humanitar yardım


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info