Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
Tarix: 21.09.2020 | Saat: 13:50:00 | E-mail | Çapa göndər


“Bu il yanvarın 1-dən etibarən sosial müavinətlərin təyin olunması üçün yaş hədləri endirilib. Əvvəlki dövrdə xüsusilə kişilər tələb olunan staj və pensiya kapitalı normalarını yerinə yetirə bilmirdilərsə, 67 yaşı gözləməli idilər, təxminən 2 il bu insanların təminatsız qalma riskləri var idi”.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində keçirilən canlı yayımda bildirib.

Onun sözlərinə görə, artıq bu il yanvarın 1-dən etibarən bu kateqoriyadan olan vətəndaşlar tələb olunan staj və pensiya kapitalı normasını yerinə yetirirsə, əmək pensiyası, yerinə yetirmirsə, sosial müavinətlə təmin olunacaq.

A.Məcidov həmçinin qeyd edib ki, təhsil dövrü də artıq staj kimi qəbul edilir:

“Bu, bir yenilikdir, vətəndaşların pensiyalarına dəstəkdir. Artıq vətəndaş diplomu təqdim edib, pensiyasını yenidən hesablatdıra bilər. Qanunvericiliyə müvafiq olaraq 2006-cı ilə kimi vətəndaşların pensiya təminatı haqqında başqa bir qanun var idi. Həmin qanuna əsasən, təhsil müddəti staj kimi qəbul edilirdi. 2006-cı ilə kimi ölkəmizdə kimlər pensiya hüququ əldə edibsə, onların ümumi stajında təhsil müddəti staj kimi qəbul edilib. 2006-cı ildən sonra hazırkı "Əmək pensiyaları haqqında" yeni qanun qüvvəyə minib. Həmin qanunun 21-ci maddəsinə əsasən, burada sığorta stajı müddəti öz əksini tapıb. Son illər nazirlik tərəfindən islahatlar həyata keçirilir.

Təhsil müddəti vətəndaşlar tərəfindən ən çox müraciət edilən məsələlərdən biri olduğu üçün yenə təhsil müddəti əmək pensiyası stajına daxil edilib. Vətəndaşlar 5-6 il əvvəl əmək pensiyası hüququ əldə edibsə və onların təhsil müddəti nəzərə alınmayıbsa, yenidən DSMF-yə müraciət edib həmin müddəti pensiya stajına əlavə etdirə bilərlər. Tutaq ki, vətəndaş 2008-ci ildə əmək pensiyasına çıxıbsa, yenidən müraciət edib təhsil dövrünü də pensiyada hesablatdıra bilər.

Bu gün pensiyanın hesablanmasında minimum hədd 200 manatdır. Yəni 200 manatdan aşağı pensiya alan bütün vətəndaşların pensiyası 200 manata çatdırılır. Şəxs müraciət edir, əgər onun pensiyası 130-140 manatdırsa və ya 170-180 manatdırsa, onun pensiyası 200 manata çatdırılır, yəni dövlət çatışmayan hissəni ona təmin edir. Amma bu, o demək deyil ki, onun hüququ 200 manatlıqdır”.




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
27.10.2020
Nikaha daxil olmaq istəyənlərin diqqətinə - Qayda dəyişir
26.10.2020
Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“
25.10.2020
Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək
23.10.2020
İsraildən Azərbaycana humanitar yardım

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
3 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
4 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
5 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info