Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib
Tarix: 21.09.2020 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Trend-ə verilən məlumata görə, qərara əsasən, Kollegiyanın sədri Xarici İşlər naziri, Kollegiyanın üzvləri Xarici İşlər nazirinin müavinləri, “ADA” Universitetinin rektoru, Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi olacaq.

Nazirlər Kabinetindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Xarici İşlər nazirinin dəyişdirilməsinə dair müvafiq Sərəncamları ilə əlaqədar Xarici İşlər Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Nazirlər Kabinetinin bu Qərarının qəbul edilməsi ilə Xarici İşlər Nazirliyinin Kollegiya üzvləri yalnız tutduqları müvafiq vəzifə (ad və soyad göstərilmədən) qeyd edilməklə Kollegiya üzvü kimi təsdiq edilirlər. Bu isə, öz növbəsində, kollegiya üzvlərinin vəzifələri ilə bağlı mümkün dəyişikliklərin baş verməsi səbəbindən kollegiyanın tərkibinə dəyişiklik edilməsi zərurətini aradan qaldırır. Eyni zamanda qeyd edilməlidir ki, “Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə uyğun olaraq normativ hüquqi aktların tez-tez dəyişdirilməməsi baxımından son dövrlər kollegiya üzvlərinin təsdiqi ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən Qərarlarda şəxslərin ad və soyadları deyil, müvafiq vəzifələri göstərilir.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
28.10.2020
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib
28.10.2020
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək - Prezidentinin köməkçisi
28.10.2020
Bərdəyə kasetli bomadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev
28.10.2020
Ceyhun Bayramov İran Xarici İşlər nazirinin müavini ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11801

1 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
2 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
3 Manqal salatı
4 Əriştədən bir ailənin 9 üzvü öldü
5 İsraildən Azərbaycana humanitar yardım


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info