Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir
Tarix: 21.09.2020 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Ermənistanın hərəkətləri beynəlxalq sülhə və hüquqa təhdiddir.
Bunu Trend-ə açıqlamasında İranda tanınmış hüquqşünas Nima Dəstgoşadə deyib. Onun sözlərinə görə, Ermənistan müstəqilliyini elan etdikdən sonra da öz təcavüzkarlığını davam etdirib. Ermənistan beynəlxalq hüququ və hüquq normalarını kobud şəkildə tapdalayaraq Azərbaycanın 20% ərazisini işğal edib.


Dəstgoşadə əlavə edib ki, Ermənistanın təcavüzkarlığı BMT-nin əsasnaməsinin 39-cu maddəsinə zidd hərəkətdir. Ermənistan işğalçılığı ilə həm beynəlxalq hüququ, həm də beynəlxalq sülhü pozmağı davam etdirir. Halbuki, BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan əleyhinə 4 qətnamə təsdiqlənib və bu qətnamələrdə Ermənistan təcavüzkar, insan haqlarını pozan dövlət kimi tanınıb.

Hüquqşünas bildirib ki, Ermənistanın işğalçılıqla yanaşı, Dağlıq Qarabağda və ətraf rayonlarda törətdiyi zorakılıqlar və cinayətlər artıq dünya səviyyəsində tanınıb.

Dəstgoşadə deyib ki, Ermənistanın hazırda yenidən müharibəyə hazırlaşması da bu dövlətin təcavüzkarlığı və işğalçılığından irəli gəlir. Ermənistan atəşkəs rejimi dövründə bir sıra qurumların dəstəyi ilə bir daha öz təxribatçılığını və zorakılığını artırmaq niyyətindədir. Bununla da Ermənistan öz çirkin simasını nümayiş etdirmiş olur.

“Ümumilikdə, Ermənistanın Azərbaycan ərazisində törətdiyi faciə, Xocalı faciəsi ilə əlaqədar beynəlxalq hüquq dairələrini də qınamaq olar. Çünki beynəlxalq hüquq dairələri Xocalı faciəsində Ermənistana qarşı sərt tədbirlər görməli idilər ki, Ermənistan Azərbaycana qarşı təcavüz deyil, hətta təhdid dili ilə danışmağa da cəsarət tapmasın” –deyə o qeyd edib.

Dəstgoşadə əlavə edib ki, Azərbaycanın Ermənistanın təcavüzkarlığına dair 4 sənədi var. Bunlar BMT Təhlükəsizlik Şurasının məlum qətnamələridir. Buna əsasən, heç bir ölkə təcavüzkar Ermənistana dəstək göstərməməlidir. Ermənistana hər hansı dəstəyin göstərilməsi beynəlxalq hüququn zəiflədilməsi anlamına gəlir.

“Cari ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın təxribatı bu ölkənin təcavüzkarlıqdan doymadığını bir daha əks etdirir. Bu da Ermənistanın beynəlxalq hüquqa və sülhə təhdid olduğunu göstərir” – deyə, hüquqşünas qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Ermənistan mülki əhalini niyə atəşə tutur?
28.10.2020
Yevgeni Mixaylovdan İrəvana: Bu, əclaflıqdır!
28.10.2020
Ermənistan Bərdəyə hücumla beynəlxalq humanitar hüququ kobudcasına pozur - Qazaxıstan səfiri
28.10.2020
Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək - Mustafa Şentop
28.10.2020
Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir! - Məhərrəm Əliyev

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11801

1 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
2 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
3 Manqal salatı
4 Əriştədən bir ailənin 9 üzvü öldü
5 İsraildən Azərbaycana humanitar yardım


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info