Livan Prezidenti: Hökumət böhranı ölkəni cəhənnəmə çevirə bilər
Tarix: 21.09.2020 | Saat: 21:23:00 | E-mail | Çapa göndər



Livan Prezidenti Mişel Aun ölkədə davam edən hökumət böhranı ilə əlaqədar xalqa müraciət edib.


AZƏRTAC xəbər verir ki, yeni kabinetin formalaşmasında sektoral kvotaların aradan qaldırılmasını təklif edən dövlət başçısı vurğulayıb ki, bu ağır vəziyyətdən çıxmaq üçün həmrəylik nümayiş etdirilməlidir. “Əgər hökumət qurulması üzrə səylər boşa çıxarsa, o zaman Livan cəhənnəmə çevrilə bilər”, - deyə Prezident Aun vurğulayıb.

Livan parlamentində təmsil olunan “Hezbollah” hərəkatı tərəfdarları, sünni və xristian partiyalar arasında nazir postları uğrunda gərgin mübarizə davam edir. Sünni partiyasının təmsilçisi olan yeni Baş Nazir Mustafa Ədlib qeyd edib ki, artıq ölkədə sosial-iqtisadi vəziyyət 1975-1990-cı illərin vətəndaş müharibəsi zamanı mövcud olan böhrandan da pisdir. Baş Nazirin tərəflər arasında razılıq əldə edilməsi çağırışları da nəticə vermir. O, belə olan halda vəzifəsindən imtina edəcəyini bəyan edib.

Parlamentdə yeni hökumətin qurulması iki şiə hərəkatı – “Hezbollah” və “Amal”ı təmsil edən deputatların tələbləri səbəbindən baş tutmur. Onlar güc nazirliklərinin, habelə maliyyə strukturunun öz nümayəndələrinə verilməsini istəyirlər. Fransa Prezidenti Emmanuel Makron da bu prosesi yaxından izləyir. Livanın baş xristian keşişi, Maronit patriarxı Beçara Butros Əl-Rai şiələrin konkret nazir vəzifələri ilə bağlı tələblərini sərt tənqid edib.




 
Bölməyə aid digər xəbərlər
29.10.2020
Vyetnamda 7 nəfər torpaq sürüşmələrin qurbanı olub
28.10.2020
İran Bərdəyə hücumu kəskin şəkildə pislədi
28.10.2020
Bərdəyə hücum bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi
27.10.2020
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
27.10.2020
Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11801

1 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
2 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
3 Manqal salatı
4 Əriştədən bir ailənin 9 üzvü öldü
5 İsraildən Azərbaycana humanitar yardım


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info