“Gürcü seçicilərin yarısından azının səsvermədə iştirakı dəhşətli məqamdır”
Tarix: 02.11.2013 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“Bu fakt gürcü cəmiyyətinin hakimiyyətə, siyasi elitaya, müxalifətə, ölkədə ədalətin olacağına və ümumilikdə siyasi proseslərə kompleks halda etimadının qalmadığını təsdiqləyir”

“Gürcüstanda keçirilən prezident seçkilərinə ümumilikdə müsbət rəy verilməsinə, seçki prosesinin sakit atmosferdə baş tutmasına baxmayaraq, sonradan hakimiyyətdə böhran yaranacağını təsdiqləyən kifayət qədər ciddi əsaslar var”.
Bu fikirlər “Qruziya onlayn” saytında yerləşdirilən məqalədə yer alıb. Ekspert, “Məğlubiyyətsiz Gürcüstan Layihəsi”nin rəhbəri Zurab Bejanişvili hesab edir ki, seçki prosesində ən dəhşətli məqam seçicilərin yarısından azının səsvermədə iştirak etməsidir: “Bunu fərqli şəkildə dəyərləndirmək olar. Amma fakt odur ki, bu fakt gürcü cəmiyyətinin hakimiyyətə, siyasi elitaya, müxalifətə, ölkədə ədalətin olacağına və ümumilikdə siyasi proseslərə kompleks halda etimadının qalmadığını təsdiqləyir. Bu vəziyyət isə təbii olaraq əhalinin dövlətə inamsızlığının, miqrasiyanın və radikal hərəkatların səviyyəsinin artmasına səbəbə olacaq. Seçicilərin yarısından azının səsvermədə iştirakı əhali üzərində uzun müddətdir davam edən informasiya-psixoloji təzyiqin, dövlətdaxili və xarici aktorların təsirinin nəticəsidir. Sosial qruplar arasındakı gərginliklər sonradan destruktiv aktivliyə çevrilə bilir”. Ekspert qeyd edib ki, Gürcüstanda hakimiyyətə gələn yeni qüvvələrin konkret proqramı yoxdur: “Pulsuz təhsil və tibb xidməti ancaq iqtisadi cəhətdən inkişaf edən, dövlət büdcəsinə xarici ticarətdən böyük gəlir gələn dövlətlər edirlər. Gürcüstanda bunların heç biri yoxdur. Pulsuz təhsil və tibb proqramının iflasa uğraması əhalinin hakimiyyətə olan etibarsızlığının səviyyəsini yüksəldəcək. Cəmiyyətin hakimiyyətə belə etimadsızlığı sonda siyasi qərarların qəbulunda özünü göstərir. Xarici siyasətdə “Avropa İttifaqı və NATO-ya daxil olmaq”, “Rusiya ilə münasibətlərin yaxşılaşdırılması” kimi bəyanatlara rəğmən hökm sürən qeyri-müəyyənlik iflasa səbəb ola bilər”. Ekspert məqaləsində qeyd edib ki, hazırkı baş nazirin istefasından sonra hakim koalisiya dağıla bilər. Bundan sonra seçkidə uduzan keçmiş hakimiyyət partiyası cəmiyyətdə əsas siyasi qüvvəyə çevrilə bilər. Zurab Bejanişvili hesab edir ki, baş nazirin dəyişməsi və Qərb üçün qeyri-müəyyən şəxsin bu posta gətirilməsi Gürcüstanla Avropa İttifaqı arasında assosiativ sənədin imzalanmasının təxirə salınmasına səbəbə ola bilər: “Bir müddət keçəndən sonra Gürcüstan iqtisadiyyatında ciddi eniş baş verdiyi halda, siyasi böhran və kütləvi etiraz aksiyaları qaçılmaz olacaq”.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Aksam.com.tr”: “Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir”
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
13.02.2019
“Cedarnyus” qəzetinin baş redaktoru: Qarabağ tarixi Azərbaycan torpağıdır
11.02.2019
Minimum əmək haqlarının artırılması əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir
08.02.2019
Müxalifətin “yalan maşını”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info