Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
Tarix: 22.09.2020 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Astara şəhərində yeni turizm kompleksi fəaliyyətə başlayıb. Turizm komplesinin istifadəyə verilməsi postpandemiya dövründə ölkəmizdə turizmin, xüsusilə də daxili və sərhədyanı turizmin inkişafında əhəmiyyətli olacaqdır. Kompleks Lənkəran iqtisadi rayonunun inkişafına, regionda yeni iş yerlərinin açılmasına və məşğulluğun təmin edilməsinə, sahibkarlığın təşviqinə də öz müsbət töhfəsini verəcəkdir.

Trend-in məlumatına görə, sentybarın 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev turizm kompleksinin fəaliyyəti və burada həyata keçiriləcək digər layhələrlə tanış olub, kompleksin fəaliyyətinin genişləndirilməsi imkanları, regionda turizm sahəsində mikro, kiçik və orta biznesin inkişafı istiqamətində müzakirələr aparıblar.

Turizm kompleksinin yaradılmasına dövlət dəstəyi KOBİA vasitəsilə təmin edilib. Belə ki, KOBİA tərəfindən kompleksin yaradılmasına məsləhət, dövlət və özəl qurumlarla əlaqələndirmə, peşəkar kadr potensialının formalaşdırılması, marketinq, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istqamətlərində dəstək və xidmətlər göstərilib.

Gənc sahibkar tərəfindən yaradılmış turizm kompleksi dörd mərtəbəli oteldən, fitnes, atçılıq mərkəzi, kartinq, restoran, uşaq əyləncə mərkəzi və çimərliklərdən ibarətdir. Burada 60-dan çox iş yeri yaradılıb. Turizm konpleksinin yaradılmasına sahibkar tərəfindən 4 milyon manatdan çox investisiya qoyulub.

Hazırda KOBİA tərəfindən turizm kompleksinə investisiya təşviqi sənədinin alınması prosesində dəstək göstərilir. Turizm kompleksinin fəaliyyətinin genişləndirilməsi və daha çox iş yerlərinin yaradılaraq yerli sakinlərin məşğulluğunun təmin olunması, eləcə də kompleksin regionda fəaliyyət göstərən digər KOB subyektlərinin müvafiq xidmətlərindən istifadə etməsi məqsədilə KOBİA tərəfindən müəssisəyə dövlət dəstəyi davam etdiriləcəkdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çayın istehsalına başlanılıb. KOBİA-nın Qəbələ-Oğuz və Lənkəran KOB dostlarının məsləhət və əlaqələndirmə xidmətləri nəticəsində Qəbələdə yerləşən lavanda təsərrüfatından toplanan məhsullardan Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına məxsus müəssisədə “Lavandeli” çayı istehsal olunur. Hər iki sahibkarlıq subyekti qarşılıqlı əməkdaşlıqdan və bu əməkdaşlıq çərçivəsində yeni çay brendinin yaradılmasından məmnundur. Yaxın günlərdə “Lavandeli” çayı satışa çıxarılacaq.

Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatında olan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istehsal prosesi, eləcə də fermer təsərrüfatında aqroturizm yönümlü digər layihələrlə tanış olublar, kiçik sahibkarlıq subyekti olan müəssisənin inkişaf ehtiyacları ilə maraqlanıblar.

Qeyd edək ki, KOBİA tərəfindən Qəbələnin Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatına və Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına müxtəlif istiqamətlərdə dövlət dəstəyi təmin edilib. Belə ki, KOBİA lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərib. “Yaşıl Çay” fermer təsərrüfatı isə Agentliyin aqroturizmin inkişafı üçün kənd otelinin yaradılması ilə bağlı sənədləşmə və biznes planın hazırlanması, özəl qurumlarla əlaqələndirmə xidmətlərindən yararlanıb. Növbəti mərhələdə KOBİA “Lavandeli” çayının istehsalının genişləndirilməsi, satışı və yeni bazarlara çıxarılması istiqamətlərində sahibkarlıq subyektlərinə dəstəyini davam etdirəcəkdir.




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
25.09.2020
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
21.09.2020
Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
16.09.2020
Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
14.09.2020
“Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11803

1 Manqal salatı
2 Burunda olan tükləri kəsmək olmaz...
3 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
4 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
5 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info