Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
Tarix: 23.09.2020 | Saat: 11:04:00 | E-mail | Çapa göndər


Biz Arsak toponimini işlətməkdən qətiyyən qorxmamalıyıq, əksinə bu adı daha çox təbliğ etməliyik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə "Arsak toponiminin elmi mənşəyi" mövzusunda keçirilən vebinarda deyib.

Onun sözlərinə görə, 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində Qarabağda qədim türk tayfası olan sakların toplu halda yaşadığı ərazi Arsak kimi verilib və bu, həmin dövrə aid xəritədə də göstərilib:

“Bunlar hamısı böyük Azərbaycanın coğrafi adları olub. Son dövrlərdə bu barədə məlumatı olmayan insanların bu məsələni qabartması onların məlumatsızlığından irəli gəlir. Bu məsələlərlə bağlı hər hansı məlumat hazırlanarkən mütəxəssislərə müraciət etmək lazımdır. Biz öz tariximizi təbliğ etməliyik, öz tariximizi savadı olmayan şəxslərin fəallaşması ilə öyrənməli deyilik. Biz erməni dəyirmanına su tökənlərin fikirləri ilə razılaşmalı deyilik”.

R.Əlizadə əlavə edib ki, xristian abidələrinin əksəriyyəti Qarabağ zonasında tikilib: “Burada xristian türkləri yaşayıblar, özlərini də alban xristianları kimi qələmə veriblər və Ərsakdan olduqlarını abidələrində də bildiriblər”.

Tarixçi "Ərsak"ın türk mənşəli söz olduğunu deyərək əlavə edib ki, eramızdan əvvəl 7-ci əsrdən sonra Kür və Araz çayları arasında Sak çarlığı var idi ki, bu da bizim indiki Qarabağın ərazisində olub. “Ar” sözünün mənası da “ər, igid" deməkdir.




 
Bölməyə aid digər xəbərlər
20.10.2020
İstəyirəm bu gün sevinək! Qalib torpağa Şuşa yazılsın!
20.10.2020
Ali Məhkəmə erməni terroru ilə bağlı bəyanat yayıb
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
2 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
3 Toyuğun bu hissəsi xərçəng yaradır
4 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
5 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info