Sorosun dəstəyi ilə hakimiyyətə gələn Paşinyan müstəqil siyasət yürüdə bilməz
Tarix: 24.09.2020 | Saat: 10:50:00 | E-mail | Çapa göndər


Ermənistanın indiki siyasi hakimiyyəti xarici qüvvələrin hesabına özünü qoruyub saxlayır. Paşinyan rejimi dünyada ermənilərdən məzlum, yazıq xalq imici formalaşdırmağa çalışır. Bununla da ianə, qrant, pul dilənməklə mövcudluğunu davam etdirməyə ümid edir. Bunu Trend-ə Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda söz sahibi xarici qüvvələrdir: “Sorosun maddi maraqları üzərində hakimiyyətdə əyləşən Paşinyan faktiki olaraq müstəqil siyasət yürüdə bilməz və xarici ağalarının əmrləri ilə hərəkət edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın müstəqilliyi formal xarakter daşıyır. Ona görə də, erməni cəmiyyəti də bu yarıtmaz siyasətin iflasa uğrayacağını dərk edir.

Son bir ayda bir neçə dəfə İrəvanın küçələrində erməni xalqının Paşinyana qarşı küçə yürüşləri keçirərək müharibə istəmədiklərini müşahidə etmişik. Erməni anaları öz övladlarını günahsız yerə ölümə göndərmək istəmədiklərini, başqa bir dövlətin torpağı uğrunda ölməyə razı olmadıqlarını Paşinyandan tələb edirlər. Bu, ermənilərin həm qorxaqlığını, həm də işğal etdikləri başqa dövlətin torpağı uğrunda ölmək istəmədiklərini təsdiqləyən acı həqiqətdir. Artıq Ermənistan cəmiyyəti də hər şeyi olduğu kimi qiymətləndirməyə, Paşinyanın yarıtmaz siyasətinin erməni xalqını məhvə apardığını etiraf etməyə başlayıbdır “.

A.Hüseynov vurğulayıb ki, Ermənistan terrorçu simasını mülki vətəndaşları qətlə yetirməklə, zəngin mədəniyyət abidələrini və islam sivilizasiyası nümunələrini darmadağın etməklə biruzə verir:

“Azərbaycan islam ölkəsidir və hər zaman islam həmrəyliyinə töhfə verir. Ölkəmiz müsəlman ölkələrinə mütəmadi kömək edir, beynəlxalq təşkilatlarda onların maraqlarını müdafiə edib, İslam həmrəyliyinə böyük yer ayırır. Prezidentimizin də vurğuladığı kimi, islam dəyərlərinə hörmət etməyən, məscidləri dağıdan, vandalizm siyasəti yürüdən Ermənistanın bu hərəkətləri müsəlman ölkələri üçün də təhqirdir. Ona görə də hər bir müsəlman ölkəsi erməni terrorizminin bu amansızlığına biganə qalmamlıdır”.

A.Hüseynov bildirib ki, Ermənistan avqust ayında Azərbaycan və Türkiyənin keçirdiyi möhtəşəm hərbi təlimlərdən qorxuya düşərək sarsaq bəyanatlar verir, Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığının güclənməsindən daha çox təşvişə düşüb:

"Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Azərbaycan öz güclü hərbi ordusu ilə bu ərazidə antiterror əməliyyatı həyata keşirməklə böyük bir üstünlük əldə etmək imkanına malikdir. Ona görə də ermənilər bundan bərk qorxuya düşüblər, onlar psixoloji stress keçirirlər”.

Millət vəkilinin sözlərinə görə, bu gün Türkiyə və Azərbaycan enerji və digər iqtisadi-nəqliyyat layihələrinin müəllifi kimi regionun sahibi hesab edilir. Hər iki qardaş ölkə regionda siyasi-hərbi vəziyyətin nizamlanmasında da birgə qətiyyətli addımlar atır:

“Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir, bütün dövlətlərə örnəkdir, işğalçılara və terrorçulara göz dağıdır. Ona görə də, iki qardaş ölkə hər zaman həmrəylik, dəstək nümayiş etdirib və etdiməkdədir. Eyni zamanda, Azərbaycan da Türkiyənin haqq səsinə səs verir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan həmişə Türkiyənin yanındadır və bütün məsələlərdə qardaş ölkənin möqeyini dəstəkləyir.
Azərbaycan və Türkiyə Ordusu peşəkar olduğu qədər də vətənpərvərdir. Şəxsi heyətlərimiz ən yüksək mənəvi keyfiyyətlərə malikdirlər. Bu, bizim ən böyük nailiyyətimizdir”.




 
Bölməyə aid digər xəbərlər
31.10.2020
Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq - Rus icmasının sədri
31.10.2020
Erməni aqressivliyi bütün Avropa qitəsi üçün təhlükə mənbəyidir - Piter Teys
30.10.2020
“Azərbaycan Dağlıq Qarabağı hələ ona görə götürmür ki…”
30.10.2020
Azərbaycan öz ərazisində Vətən müharibəsi aparır və bizi heç kim dayandıra bilməz
30.10.2020
Yuri Podolyaka: “İrəvan üçün ölümcül əməliyyat başlayır“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info