Deputatdan tələbələrlə bağlı təqdirəlayiq addım
Tarix: 24.09.2020 | Saat: 11:37:00 | E-mail | Çapa göndər


Milli Məclisin deputatı Jalə Əhmədova bir qrup tələbənin xaricdə təhsilini davam etdirməsi istiqamətində yaranmış bəzi çətinliklərin aradan qaldırılmasına yardımçı olub. Bununla bağlı deputat özünün Facebookdakı səhifəsində bildirib:
“Dünyanın ən qədim ali təhsil ocaqlarından biri olan Roma Sapienza Universitetinə bu il qəbul olmuş azərbaycanlı tələbələrin sənədləşməsində bəzi çətinliklər yaranmışdır.
Tələbələr tərəfindən universitetə edilən çoxsaylı müraciətlərə və İtaliya Respublikasının Azərbaycandakı səfirliyinin təhsil vizasına son müraciət tarixini 30 sentyabra təyin etməsinə baxmayaraq, səfirliyə təhsil vizasının əldə edilməsi üçün təqdim edilməsi şərt olan ilkin qeydiyyatın təsdiqi arayışı universitet tərəfindən göndərilmirdi.
Məsələ ilə bağlı bir qrup tələbə sentyabrın 15-i mənə müraciət ünvanlamışdı”.
O qeyd edib ki, müraciətin daxil olduğu həmin gün səfirlik ilə əlaqə saxlayaraq mövcud vəziyyəti onlara izah edim və sentyabrın 16-dan etibarən adıçəkilən arayış azərbaycanlı tələbələrə göndərilməyə başladı: “Məndə olan son məlumata əsasən bu günə qədər artıq bütün ixtisaslar üzrə qəbul olmuş soydaşlarımız arayış ilə təmin ediliblər. Məsələnin çevik həllində əməkdaşlığına və göstərdiyi yüksək səviyyəli dəstəyə görə Konsulumuz Sərxan Ağakişiyevə öz dərin təşəkkürümü bildirir, təhsillərini İtaliyada davam edəcək bütün tələbələrimizə müvəffəqiyyətlər arzu edirəm!”





 
Bölməyə aid digər xəbərlər
31.10.2020
Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır
31.10.2020
Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib
31.10.2020
Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes
31.10.2020
Azərbaycan Prezidenti: Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir
31.10.2020
Prezident İlham Əliyev: Mən bir aydır bu sualı verirəm, heç bir cavab yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info