Koronavirus infeksiyasına yoluxanların sayı 32 milyon nəfəri ötüb
Tarix: 24.09.2020 | Saat: 13:49:00 | E-mail | Çapa göndər


Koronavirusdan həyatını itirənlərin sayı dünya miqyasında 982 min 20-ni, virusdan sağalanların sayı isə 23 milyon 682 mini keçib.


Dünyada "Covid-19" xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 32 milyon 101 nəfəri ötüb. Koronavirusdan həyatını itirənlərin sayı dünya miqyasında 982 min 20-ni, virusdan sağalanların sayı isə 23 milyon 682 mini keçib.
Hindistanda "Covid-19"dan ölənlərin sayı 91 min 173-ə yüksəlib. Ölkədəki xəstə sayı 5 milyon 732 minə çıxıb.

Afrika qitəsində epidemiya səbəbiylə ölənlərin sayı 209 artaraq 34 min 587-ə çatıb. Qitə daxilində virusa yoluxan insanların sayı son 24 saat ərzində 8 min 813 artaraq bir milyon 436 minə yüksəlib. Qitədə "Covid-19"dan ən çox insan itkisi 16 206 ölümlə Misirdə, 5822 ölümlə Mərakeşdə və 1918 ölümlə Mərakeşdə qeydə alınıb.

Fransada
epidemiya səbəbiylə son 24 saat ərzində 43 nəfər ölüb. Bununla da ölkədəki insan itkisi 31 min 459-a yüksəlib. Virusa yoluxanların sayı bir gündə 13 min 72 artaraq 481 min 141 nəfərə çatıb. Nazirlər Kabinetinin iclasından sonra təşkil edilən mətbuat konfransında, Səhiyyə naziri Olivier Veran Paris, Bordo, Lyon və Tuluza da daxil olmaqla, ölkənin 10 şəhərinin "irəli həyəcan bölgələri" olaraq təyin olunduğunu, bu şəhərlərdə hər 100 min insanda 150, 65 yaşdan yuxarı hər 100 min insanda 50 yoluxma halı qeydə alındığını bildirib. Veran bu şəhərlərdə genişmiqyaslı tədbirlərin qadağan olunduğunu, ictimai yerlərdə ən çox 10 nəfərin bir araya gələ biləcəyini, idman salonlarının bağlanacağını və 28 sentyabr tarixindən etibarən yerli vaxtla saat 22: 00-da bar və restoranların bağlanacağını açıqlayıb. Fransa miqyasında epidemiya vəziyyətinin daha da pisləşdiyini qeyd edən Olivier Veran irəli həyəcan zonası siyahısının hər həftə yenilənəcəyini bildirib.

Braziliyada
son 24 saat ərzində daha 33 281 nəfərin koronavirus infeksiyasına yoluxması, 869 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Braziliyada koronavirusa ümumilikdə 4 624 885 nəfər yoluxub. Bu müddət ərzində 138 977 koronaviruslu xəstə dünyasını dəyişib. Həmçinin bu günədək 3 992 886 xəstə müalicə olunaraq sağalıb.

ABŞ-da
"Covid-19" infeksiyasına yoluxanların sayı 7 milyon 119 min 713 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Hindistan tutur - 5 milyon 732 nəfər. Braziliyada 4 milyon 624 min 885 nəfər, Rusiyada 1 milyon 122 min 241 nəfər, Kolumbiyada isə 777 min 537 nəfər yeni növ koronavirus xəstəliyinə yoluxub.




 
Bölməyə aid digər xəbərlər
31.10.2020
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb
31.10.2020
İzmirdə zəlzələdə ölənlərin sayı 17-yə, yaralıların sayı 709-a çatıb
30.10.2020
İzmirdə zəlzələ nəticəsində 12 nəfər ölüb, 607 nəfər yaralanıb
30.10.2020
İzmirdə zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb
30.10.2020
İzmirdə ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202-yə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info