Azərbaycanda ilk olan layihənin icrasına başlanılıb - Artıq tikinti işləri gedir
Tarix: 24.09.2020 | Saat: 14:08:00 | E-mail | Çapa göndər


Azərbaycanda yol kənarlarında pitstopların quraşdırılması ilə bağlı reallaşan yeni layihə üzrə artıq bir sıra işlər görülüb.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, pitstopların tikintisi 4 istiqamətdə nəzərdə tutulub:

"Bunlar Qazax, Balakən, Astara və Rusiya sərhədi istiqamətindədir. Hər istiqamət üzrə bir neçə pitstopun quraşdırılması nəzərdə tutulub ki, bunlardan 18-i Qazax, 16-sı Balakən, 8-i isə Astara və Rusiya sərhədinə çəkilən yol boyunca quraşdırılacaq. Hazırda Bakı-Astara yolunda 8 pitstopun tikintisi aparılır, bundan əlavə Qazax və Rusiya sərhədi istiqamətində torpaq işləri görülür”.

A.Nəcəfli əlavə edib ki, yaxın vaxtlarda Balakən üzrə də tikinti işlərinə start veriləcək.

Qeyd edək ki, yol kənarlarında pitstopların quraşdırılmasında məqsəd uzun səyahətə çıxan şəxslərin bu pavilyonlarda dincələ, mənzil başına rahat şəkildə çata bilməsidir.




 
Bölməyə aid digər xəbərlər
31.10.2020
Azərbaycanda 1095 nəfər COVID-19-a yoluxdu, 547 nəfər sağaldı, 12 nəfər vəfat etdi
31.10.2020
Azərbaycan işğaldan azad etdiyi ərazilərində normal həyat qurmağa başlayır
31.10.2020
Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb - MN
30.10.2020
Səhiyyə Nazirliyinə yeni Baş endokrinoloq təyin olunub
30.10.2020
Ermənistan terroru nəticəsində 7 ailə tamamilə məhv olub - Kamran Əliyev

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11805

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info