Millət vəkili və icra başçısı imtiyazlı ailələrə baş çəkdi
Tarix: 24.09.2020 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov və Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalan şəhərində şəhid ailəsi və Qarabağ əlilinin evində olub onlara sosial problemlərinin həlli istiqamətində lazımı köməklik göstəriblər.

Ölkəmizin hər yerində olduğu kimi Naftalan şəhərində də bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların ailələri, Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin qayğısı ilə əhatə olunur. Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyeva hər an onların sosial-məişət problemlərini diqqət mərkəzində saxlayır, onların sağlamlığı, övladlarının təhsil və digər problemləri istiqamətində müxtəlif layihələr çərçivəsində tədbirlər həyata keçirirlər.
Naftalan Şəhər İcra Hakimiyyətin başçısı Vüqar Novruzovun və Millət vəkili Anar Məmmədovun dəstəyi ilə daha bir şəhid ailəsinin müraciəti əsasında ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülmüş, yaşadıqları fərdi yaşayış evinin dam örtüyü yenilənmişdir.
Bu gün şəhər rəhbəri və Millət vəkili şəhid İsa Məmmədovun ailəsinin yaşadığı evdə olub, görülən işlərlə, eləcə də ailənin qayğı və problemləri ilə maraqlanıblar.
Görülən işləri, eləcə də göstərilən diqqət və qayğını razılıq hissi ilə qeyd edən şəhidin bacısı Rəna Məmmədova qaldırılan məsələyə qısa bir vaxtda baxılmasına görə onlara minnətdarlığını bildirib. Ölkə başçısının şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğısının Naftalanda öz real əksini tapdığını qeyd edən şəhidin bacısı hər zaman dövlətinə arxalandığını vurğulayıb.
Daha sonra Qarabağ müharibəsi əlili Yaməddin Dəmirovun müraciəti ilə əlaqədar onun yaşadığı evə baş çəkilib, ailənin şəraiti ilə yaxından tanış olunub və mənzil şəraitlərindəki problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, ölkə rəhbərinin qayğısının bariz nümunələrindən biri də məhz, hazırda şəhər ərazisində 10-dan artıq şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fərdi yaşayış evlərinin inşası işlərinin aparılmasıdır.











 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
25.10.2020
Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib
25.10.2020
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib
24.10.2020
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub, 220 nəfər sağalıb, 8 nəfər vəfat edib
24.10.2020
Ermənistanın raket atəşi nəticəsində Tərtərdə 16 yaşlı yeniyetmə həlak olub - Hikmət Hacıyev

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info