XİN-in sabiq şöbə rəisi Nurupaşa Abdullayev ev dustaqlığına buraxılıb
Tarix: 26.09.2020 | Saat: 12:52:00 | E-mail | Çapa göndər


Bu gün Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin sabiq rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə baxılıb.

Trend-in məlumatına görə, prosesdə vəsatətlərə baxılıb və qərar qəbul edilib. Məhkəmənin qərarı ilə Nurupaşa Abdullayev ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər barədə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib




 
Bölməyə aid digər xəbərlər
21.10.2020
İtaliya mətbuatında Ermənistanın azərbaycanlı diplomatlara qarşı terror təhdidlərindən bəhs edən yazılar dərc olunub
20.10.2020
Ukrayna mətbuatı prezidentin çıxışından yazdı
20.10.2020
İtalyan professor: Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün vacib olan hücum və müdafiə sistemlərinə malikdir
20.10.2020
Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır - Müdafiə Nazirliyi
20.10.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
2 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
3 Toyuğun bu hissəsi xərçəng yaradır
4 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
5 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info