Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Tarix: 26.09.2020 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Sədr,
Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Çin Xalq Respublikasının bütün sahələrdə əldə etdiyi uğur və nailiyyətlərini, ölkənizin dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsini və beynəlxalq arenada nüfuzunun gündən-günə artmasını daim məmnunluqla izləyirik.

Biz qədim tarixə malik Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin yeni məzmunu ilə zənginləşir. Şübhəsiz ki, bu sıx əməkdaşlıq müəllifi olduğunuz “Kəmər və yol” layihəsi çərçivəsində də uğurla davam edəcəkdir.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının ilk günlərindən ölkələrimizin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı dəstək ikitərəfli əlaqələrimizin möhkəm təməl üzərində qurulduğunu bir daha isbat etdi. Fürsətdən istifadə edərək koronavirus xəstəliyi ilə mübarizə məqsədilə Çin Xalq Respublikası tərəfindən ölkəmizə göstərilən dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Çin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib
28.10.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur
28.10.2020
Ermənilərin bu gün Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları məlum olub - SİYAHI
28.10.2020
İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir - Türkiyə XİN
28.10.2020
Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
2 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
3 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
4 Manqal salatı
5 Əriştədən bir ailənin 9 üzvü öldü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info