MN: Ermənistan hərbi birləşmələri yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutdu
Tarix: 27.09.2020 | Saat: 08:27:00 | E-mail | Çapa göndər




Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.




 
Bölməyə aid digər xəbərlər
20.10.2020
Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib
20.10.2020
Azərbaycanlı deputat Rusiya mediasına Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib
20.10.2020
Kamal Kılıçdaroğlu Prezident İlham Əliyevə məktub göndərib
20.10.2020
Ceyhun Bayramov Vaşinqtona gedir
20.10.2020
Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
2 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
3 Toyuğun bu hissəsi xərçəng yaradır
4 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
5 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info