“İstilik məqsədilə ağacların qırılması faktları kəskin şəkildə azalıb”
Tarix: 04.11.2013 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda son illər ərzində istilik məqsədi ilə meşə massivlərində ağacların qırılması faktları kəskin şəkildə azalıb. Nazirin sözlərinə görə, bunun səbəbi son illərdə Azərbaycanda qazlaşdırmanın genişlənməsi və mühafizə tədbirlərinin gücləndirilməsi ilə bağlıdır: «Əvvəllər olduğu kimi, hazırda insanlar kütləvi şəkildə meşəyə getmirlər. Bəzi ayrı-ayrı adamlar biznes məqsədləri üçün meşədə qanunsuz şəkildə ağacları qırıb gətirib insanlara satırlar». Nazir bildirdi ki, alternativ olan yerdə insanlar bunun bazarına getmirlər: «Nəticədə, istehsalat kəskin azalıb. Eyni zamanda, meşədə ağac qırılmasının qarşısının alınması üçün hazırda mübarizə effektli şəkildə aparılır. Bu gün artıq meşələrimiz üçün ciddi problem olduğunu deməzdim. Bu iş sıfıra endirilməlidir. Azərbaycan landşaftında, təbiətində meşə ağacları çox böyük rol oynayır. Bu ağacların istilik məqsədilə yandırılması effekti isə bununla müqayisə oluna bilməz». H.Bağırov onu da vurğuladı ki, sənaye materialları kimi meşələrdə ağacların qırılması problemi də demək olar ki, aradan qaldırılıb: «Çünki ölkədə iri fabriklər davamlı işləmək üçün xarici ölkələrdən ağac gətirir. Hazırda cüzi sayda sexlərdə yerli meşə ağaclarından emal prosesində gizli şəkildə istifadə edilir».

Nigar




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur
03.06.2020
“Qızıl Psixeya“ 21- ci Milli Müsabiqəsində Loqos laureat adına layiq görülüb
03.06.2020
“Sədərək“ Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info