Aforizmlər
Tarix: 04.11.2013 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


|

Aforizmlər

Yaşamağa tələsin, sonra gecikərsiniz.
İbrət-ən yaxşı tərbiyəçidir.
Ağlamayan göz yaşlarının nə demək olduğunu anlaya bilməz.
Əsl məhəbbət dastanını həyəcansız dinləmək olmaz.
Zaman saatnın əqrəbləri heç vaxt dayanmır.
Təbiətdən qüdrətli sənətkar yoxdur.
Ölümü şərəfli etmək cəsarətin adına yazılmışdır.
Azadlığın təntənəsi naminə tökülən qan halaldır.
Zülmün qılıncı hər tərəfi kəsib doğrasa da, nə vaxtsa ədalət qalxanının qranit sərtliyinə rast gəlir.
Gözəl söz deyil, gözəl qəlb daha xoşagələndir.
Saniyənin qüdrəti olmasaydı, əsrlər yaratmazdı.
Coşanda xəfif külək fırtına qoparır.
Yaxşılar əməllərini yarımçıq qoyaraq o biri dünyanın harayına tələsir.
Busə-eşqin ən ülvi ehtirasıdır.
Ömrün həsrətini çəkənlər onda ayılır ki, günəş artıq qürubdadır.
İrqi ayrı-seçkilik məhkəməsi keçirilsə, iqlim məhşər ayağına çəkilər.
Mübarizə əlinə qılınc götürəndə Azadlığı səsləyir.
Gülün rayihəsi açılandan sonra yayılır.
Xəyallarına əsir olan zavallıdır.
Həmişə bədbəxt günlər xoşbəxt günlərin arxasınca çapır.
Kədərlisi odur ki, pulla insan taleyi həll olunur.
Mübarizə simfoniyası vətənpərvərlik notları ilə yaradılmışdır.
Xiffət-həsrət dolu titrəyişdir.
İnamsız insan sükansız maşın kimidir.
Saçıma qarlı dağlar sığal çəkib oxşayır.
Müdafiə zəruri olmasaydı, Böyük Çin səddi qurulmazdı.
Qəhrəmanlığın şərhə ehtiyacı yoxdur.
Yenilik keçmişdən nəfəs alır.
İntizar-mənəvi iztirabdır.
Məqsəd dostluğunun ömrü üzün çəkmir.
Ünsiyyət gizli niyyətləri işıqlandırmaqda mahirdır.
Azadlıq eşqi ilə inamlı qələbə qazanmaq olar.
Gülüşlə hörmət qazanılmır.
Vicdanlılıq-tərbiyənin ülvi kamilliyidir.
Tanımadığına bel bağlayan arxadan vurular.
Hamı hamını sevsəydi, dünya cənnətə dönərdi.
Vicdanla xidmət şan- şöhrət gətirir.
Hicran körpüsündən baxanda hər şey od rəngində görünür.
Hər nöqtə bir aləmdir.
Təcrübə həyatın güzgüsü, bilik isə təcrübənin güzgüsüdür.
İnsanlıq dünyanın yarısına bərabərdir.
Sevgi-həyat deməkdir, öldürsə də insanı yaşadır.
Məni özümdə axtar!
Ən dalğın baxışlar-kədərli baxışlardır.
Hələ görünmürəm.
Günəş ucalanda aşağı baxır.







 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info