Lənkəranda gənclərin iştirakı ilə konfrans keçirilib
Tarix: 05.11.2013 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə Lənkəran Gənclər Mərkəzində “Gənclər Evi – Gənclərin ətraf mühit məsələlərində iştirakının gücləndirilməsi üçün platformadır” adlı konfrans təşkil edilib. Konfransın əsas məqsədi 2012-ci ilin may ayından etibarən respublikanın Goranboy, Göygöl, Lənkəran, Sabirabad və Yevlax rayonlarında həyata keçirilən “Gənclər Evi – Gənclərin ətraf mühit məsələlərində iştirakını gücləndirmək üçün platformadır” adlı layihəsinin iştirakçılarını, yerli səviyyədə qərar qəbul edən rəsmiləri bir araya gətirərək fikir mübadiləsi aparmaq və görülmüş işlərin hesabatını verməkdən ibarətdir. Gənclər evlərinin potensialının gücləndirilməsi, idarəetmədə və qərar qəbulu proseslərində gənclərin rolunun effektiv artırılması haqqında fikir mubadiləsi aparmaq konfransın başlıca məqsədlərindəndir. Lənkəran Gənclər Mərkəzində keçirilən konfransda Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi, GİN, ETSN-in nümayəndələri, Goranboy, Göygöl, Lənkəran, Sabirabad və Yevlax rayonları üzrə gəncləri, yerli gənclər və idman İdarələri, Lənkəran rayon və digər rayon icra hakimiyyəti nümayəndələri iştirak edib. Lənkəran Gənclər Mərkəzində keçirilən konfransda gənclərlə rəsmilər arasında bir sıra görüşlər keçirilib, regionun gələcək inkişafı ilə bağlı olaraq gənclər öz təkliflərini irəli sürüb. Gənclərin təklifləri böyük maraqla dinlənilib. Qeyd edək ki, layihə çərçivəsində bir çox fəaliyyətlər həyata keçirilib: region gəncləri arasında qeyri-formal təhsil metodu üzrə ətraf mühitin qorunması mövzusunda təlimlər həyata keçirilib, region gəncləri arasında 25 nəfərlik gənclərdən ibarət ekologiya təşviqat qrupları yaradılıb və sonradan könüllü gənclərin müraciəti ilə qruplar say baxımından daha da genişlənib, regionlar arasında gənclərin iştirakı ilə 6.000 (altı min) nəfər gənc arasında sorğular həyata keçirilib, adıçəkilən regionların ucqar dağ kəndlərində gənclərə səyyar təlim qrupları tərəfindən ətraf mühit məsələləri üzrə 2 il müddətində 3000-dən çox gənc birbaşa və dolayı yolla təlimlər keçirilib, gənclərlə rayon icra hakimiyyəti nümayəndləri arasında görüşlər təşkil olunub və gənclərin təklifləri dinlənilib və gənclər tərəfindən gənclərin təşəbbüsü ilə son 2 ay ərzində 11 kiçikhəcmli layihə icra olunub və hazırda icra olunmaqdadır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur
03.06.2020
“Qızıl Psixeya“ 21- ci Milli Müsabiqəsində Loqos laureat adına layiq görülüb
03.06.2020
“Sədərək“ Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
2 Badımcan sırdağı - VİDEO
3 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info