“Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
Tarix: 13.10.2020 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi tərəfindən səfirliyin sosial şəbəkə profilləri vasitəsilə cari ilin may-iyun ayları ərzində keçirilmiş və ölkəmizin Respublika Gününə həsr olunmuş “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Azərbaycanın Pakistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Pakistanın Milli İncəsənət Şurasının baş direktoru Dr. Fouzia Səid, bu ölkənin ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, müsabiqə iştirakçıları və Səfirlik əməkdaşları iştirak ediblər.

İlk öncə müsabiqə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib və Azərbaycanla bağlı videoçarx izlənilib.
Tədbirdə çıxış edərək Azərbaycan-Pakistan dostluğu haqqında fikirlərini bölüşən səfir Əli Əlizadə müsabiqənin keçirilməsində məqsədin Pakistan gənclərinə hər iki qardaş ölkənin bir-birinə bağlılığını, dini, mədəni-irsi oxşarlığını aşılamaq, xalqlararası münasibətləri möhkəmləndirmək, gənclərin istedadlarını təşviq etmək və onlarla əməkdaşlığı gücləndirmək olduğunu bildirib.

Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən səfir Əli Əlizadə həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatlarının, günahsız insanlara qarşı hücümlarının Pakistan xalqı, ictimaiyyəti və gəncləri tərəfindən daim qınandığını, çətin zamanlarda Pakistanın həmişə Azərbaycanın yanında olduğunu bildirərək, davamlı dəstəyə və həmrəyliyə görə Pakistan hökümətinə və xalqına təşəkkürünü çatdırıb. Səfir 18 Oktyabr - Azərbaycanın müstəqilliyinin bərpası ildönümü ərəfəsində keçirilən bu mərasimin “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır” müsabiqəsinin devizi altında keçirilməsinin hər iki ölkə gənclərinin möhkəm birliyinə bir stimul olduğunu qeyd edərək, müsabiqənin qaliblərini və iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb.
Pakistanın Milli İncəsənət Şurasının baş direktoru Dr. Fouzia Səid öz çıxışında tədbir haqqında xoş təəssüratlarını ifadə edərək koronavirus pandemiyasının insanlarda yeni ideyalar və layihələrin yaranmasına səbəb olduğunu bildirib. İki ölkə arasındakı mövcud oxşarlıqlardan bəhs edən baş direktor Azərbaycan-Pakistan dostluğunu bu tip gözəl layihələrlə daha da gücləndirilməsinə töhfə verdiyi üçün səfirə və səfirliyin əməkdaşlarına təşəkkür edib. Dr.Fouzia Səid həmçinin, bir-birinə hər zaman qarşılıqlı dəstək verən iki ölkə arasındakı əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini bəyan edib.

Tədbirdə çıxış edən digər qonaqlar da müsabiqə haqqında öz xoş təəssüratlarını bölüşərək, ölkələrimiz və xalqlarımız arasında dostluğun həqiqətən əbədi və sarsılmazlığından söhbət açıb, Pakistan xalqının daim Azərbaycanın yanında olacağını və Azərbaycana qarşı törədilmiş erməni təcavüzü və hücumlarını qəti şəkildə pislədiklərini vurğulayıblar.
Tədbirin sonunda müsabiqənin iştirakçılarına və qaliblərinə pul mükafatları, sertifikat və hədiyyələr təqdim olunub.

Tədbir Pakistan KİV-ləri və televiziyaları tərəfindən işiqlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Kann kinofestivalının rəmzi açılış mərasimi keçirilib
26.10.2020
Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11803

1 Manqal salatı
2 Burunda olan tükləri kəsmək olmaz...
3 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
4 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
5 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info