Dövlət Komitəsi Bakının Baş Planının ilkin layihəsini BNA ilə müzakirə edib
Tarix: 16.10.2020 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Baş Planının ilkin layihəsini Bakı Nəqliyyat Agentliyi (BNA) ilə müzakirə edib.

Bu barədə Trend-ə Komitədən bildirilib.
Məlumata görə, görüşdə Baş plana əsasən paytaxtın yeni nəqliyyat sistemi və küçə-yol şəbəkəsinin 2020-2040-ci illər ərzində inkişafı hədəfləri haqqında təqdimat edilib, Bakı sakinlərinin mobilliyini təmin etmək məqsədilə sənəddə öz əksini tapmış çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi, mühəndis-kommunikasiya təminatı sistemləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Vurğulanıb ki, bu hədəflərin reallaşması məqsədi ilə Baş planda küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, velosiped yolları şəbəkəsinin qurulması, xüsusi avtobus zolaqları sisteminin genişləndirilməsi və yeni tranzit qovşaqlarının yaradılması, metro, dəmiryolu nəqliyyatının inkişaf etdirilməsi nəzərdə tutulub.

Baş Planın yekun layihəsinin hazırlanması işi çərçivəsində digər aidiyyəti qurumlarla da müvafiq təqdimat və müzakirələrin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, sənədin təkmilləşdirilməsi prosesi çərçivəsində Komitə sözügedən ilkin layihənin aidiyyatı təşkilatlarda və ixtisaslaşmış dairələrdə müzakirəsini də təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA
27.10.2020
SOCAR AQS-yə yeni baş direktor təyin edilib
27.10.2020
İşçilərin icbarı tibbi sığortasını işəgötürən təmin edəcək - Parlament təsdiqlədi
27.10.2020
Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir
26.10.2020
“S&P“ Azərbaycan iqtisadiyyatının gələn il 2,9 faiz artacağını gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
3 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
4 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
5 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info