Azərbaycan QHT-ləri BMT-nin Təhlükəsizlik Şurasına və Baş katib Antoniyo Quttereşə müraciət edib
Tarix: 17.10.2020 | Saat: 10:40:00 | E-mail | Çapa göndər


Azərbaycan QHT-ləri terror dövləti olan Ermənistanın durdurulması və cəzalandırılması tələbi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına və Baş katib Antoniyo Quttereşə müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə deyilir:
"Məlumat üçün bildiririk ki, 17 oktyabr gecə saat 01 radələrində Ermənistan növbəti dəfə Azərbaycanın ikinci ən böyüş şəhəri olan Gəncəyə, mülki əhalinin sıx yaşadığı məhəlləyə SCUD/Elbrus ballistic raketlə hücum etmiş və nəticədə 13 nəfər ölmüş, 40-dan çox yaralanmışdır. Ölən və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar və yaşlılar da var.

Son iki həftədə artıq üşüncü dəfədir ki, Gəncə şəhəri Ermənistan tərəfindən şiddətli raket hücumuna məruz qalır və indiyi kimi bu hücumlar nəticəsində 27 nəfər mülki şəxs ölmüş 100-dən çox yaralanmışdır.

Ermənistan hərbi və siyasi rəhbərliyinin münaqişə zonasından çox uzaqda yerləşən və heç bir hərbi zərurət olmadan 500 minlik Gəncə şəhərini bombalaması, qəsdən və məqsədyönlü şəkildə böyük dağıdıcı gücə malik SCUD kimi raketlərdən istifadə edərək günahsız dinc əhalini hədəfə alaraq öldürməsi tarixə 21-ci əsrdə insanlıq əleyhinə törədilimiş ən qanlı müharibə cinayəti kimi daxil olacaqdır.

Azərbaycan ictimaiyyətini üzən və dərindən narahat edən təkcə Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi bu vəhşilik, barbarlıq və terror aktı deyil, bizi ciddi şəkildə hiddələndirən və narahat edən dünyada təcavüzkarı durdurmağa və cəzalandırmağa borclu olan, məhz bunun üçün dünya birliyi tərəfindən yaradılan BMT-nin Təhlükəsizlik Şurasının Gəncədə yaşanan insanlıq dramına, törədilən soyqırım və müharibə cinayətlərinə səssiz qalmasıdır.

Hamıya aydındır ki, Gəncənin dinc əhalisinin kütləvi şəkildə və qəsdən öldürülməsi əmrini şəxsən Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri David Tonoyan tərəfindən verilib və bu əmr dərhal icra olunub. BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa görə ən azından bu əmri verən Paşinyan və Tonoyan, əmri icra edən digər hərbiçilər hərbi cani elan olunmalı və onların dərhal tutularaq müvafiq qaydada cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurasının prosedurları işə düşməlidir.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın törətdiyi cinayətə bu dəfə də səssiz qalsa, bu təcavüzkar və uşaq qatili olan olan Ermənistanın tam müdafiəsi və onun törətdiyi beynəlxalq cinayətlərə haqq qazandırmaq və bu cinayətlərə şərik olmaq anlamına gələcəkdir. Tarix isə bunu heç kimə bağışlamayacaq.

Ona görə də biz, bu müraciətə imza atan Azərbaycan QHT-ləri BMT Təhlükəsizlik Şurasından tələb edirik ki, təcili toplanaraq ilk növbədə Ermənistanın insanlıq əleyhinə tərətdiyi cinayəti qəti şəkildə pisləsin, sahib olduğu mandatından istifadə edərək Gəncəni bombalamaq əmri verən və çoxlu sayda mülki əhalini öldürən təcavüzkar Ermənistanın baş naziri Nikol Paşinyanın və müdafiə naziri David Tonoyanın sərt şəkildə cəzalandırılması üçün müvafiq addımlar atsın".




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Ombudsman Səbinə Əliyev dünya ictimaiyyətinə müraciət edib
27.10.2020
İran Xudafərin və Qız Qalası hidroqovşaqlarından istifadə ilə əlaqədar danışıqlara hazırdır
27.10.2020
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiq edildi
27.10.2020
Son iki yüz ildə ilk dəfədir ki, torpaqlarımız işğaldan azad edilir - Tarixçi alim
26.10.2020
Ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir - Anar Eyvazov

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
3 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
4 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
5 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info