Şuşa və Xankəndidə Azərbaycan bayrağının sancılacağı gün uzaqda deyil - Birinci vitse-prezidentin köməkçisi
Tarix: 17.10.2020 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Hindistanın TV9 telekanalının canlı efirində Hindistan ictimaiyyətini Gəncə şəhərinə raket zərbəsi endirmiş Ermənistan rəhbərliyinin növbəti hərbi cinayəti barədə məlumatlandırıb.

Trend-in məlumatına görə, E.Əmirbəyov bildirib ki, "Elbrus" və "Toçka U" raket zərbələri nəticəində 13 dinc sakin, o cümlədən iki uşaq həlak olub, 40-dan çox sakin yaralanıb:

"Özü özünü küncə sıxışdırmış Yerevandakı cinayətkar rejim öz işğalçı ordusunun döyüş meydanında məruz qaldığı ardıcıl məğlubiyyətlər qarşısında növbəti dəfə yatmış dinc sakinlərə əl qaldırdı və bununla da öz uğursuz hərbi avantürasını günahsız mülki əhaliyə hücumla ört-basdır etmək istədi".

Bu hücumun Gəncəyə və digər iri şəhər olan Mingəçevirə dördüncü raket hücumu olduğunu deyən Birinci vitse-prezidentin köməkçisi bildirib ki, bu, Ermənistan rəhbərliyinin çarəsizliyinin sübutudur:

"Münaqişənin dinc yolla tənzimlənməsini qəbul etməyən və humanitar atəşkəs haqqında Moskva razılaşmasını kobud şəkildə pozan Ermənistan növbəti dəfə dünya ictimaiyyətinə qarşı çıxır. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT Minsk qrupu həmsədrlərinin bəşəriyyətə qarşı cinayət olan bu raket hücumları ilə bağlı sərt reaksiyasına ümid edirik".

E.Əmirbəyov qeyd edib ki, Azərbaycan özünümüdafiə və əhalisinin təhlükəsizliyinin təmin edilməsi hüququna malikdir və ağlını itirmiş düşməni özünə gətirmək, gələcəkdə bu cür qeyri-insani əməllərin qarşısını almaq üçün, o cümlədən harada yerləşməsindən asılı olmayaraq düşmənin legitim hərbi hədəflərinin məhv edilməsi vasitəsilə qarşısını almaq üçün bütün zəruri addımları atır.

O, Hindistan auditoriyasını məlumatlandırıb ki, Azərbaycan ordusunun davam edən qələbə yürüşü nəticəsində bu gün 27 il işğal altında qalmış Füzul şəhəri və yeddi ətraf kənd azad edilib:

"Azərbaycan ərazilərinin erməni işğalından azad ediləcəyi və Şuşa ilə Xankəndidə Azərbaycan bayrağının sancılacağı gün uzaqda deyil".




 
Bölməyə aid digər xəbərlər
30.10.2020
Düşmənə dəqiq zərbələr endirilib
30.10.2020
Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndinə “Smerç” raketi atıb
30.10.2020
İzmirdə zəlzələdə yaralananların sayı 152 nəfərə çatıb, 4 nəfər ölüb - YENİLƏNİB
30.10.2020
İzmirdə zələzələ nəticəsində 4 nəfər ölüb, 120 yaralı var
30.10.2020
Ermənistan ordusunda keşişlər də döyüşür - FOTOFAKT

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11804

1 Manqal salatı
2 Burunda olan tükləri kəsmək olmaz...
3 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
4 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
5 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info