Gəncənin qisası düşməndən ikiqat alınır
Tarix: 17.10.2020 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


“Ermənistan rəhbərliyinin orduya mülki əhalini hədəf alması ilə bağlı verdiyi əmrlər onların cinayətkar mahiyyətini bir daha ortaya qoymuş oldu. Bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib”.
Bu barədə Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Deputat deyib ki, döyüş meydanında məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməyi seçib. Nikol Paşinyan bu çirkin metodlarla vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və və beləcə öz çirkin məqsədlərinə nail olmağa çalışır: “Amma onun bu cəhdləri tam iflasa uğradı. Yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin yenidən raket atəşinə tutulması vətəndaşlarımızın vətənpərvərlik hisslərini, mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.
Bu gün qürurla deyə bilərəm ki, Azərbaycan vətəndaşları yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirir, gecə saatlarında baş verən bu faciə bizi daha da gücləndirib. Insanlarımız indi daha çox qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, şanlı ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər”.
Jalə Əhmədova onu da vurğulayıb ki, hər birimiz indi daha çox Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik: “Xalq olaraq hər kəs dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona dərin etimad göstərir.
Əminəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verəcək. Bir neçə gündür ki, Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır. Onların . Faşist işğalçılardan fərqli olaraq, Azərbaycan tərəfi humanizm prinsipinə, beynəlxalq qanunvericiliyə və Cenevrə konvensiyasına hörmətlə yanaşır. Biz öz sözümüzü döyüş meydanlarında deyirik, mülki əhalini nişan almırıq!
Bu da bir reallıqdır ki, hazırda Ermənistan Ordusu bütün müqavimət imkanlarını itirib. Nizamsız dəstələrə parçalanan, şəxsi heyət arasında böyük ruh düşgünlüyü, inamsızlıq yaşanan erməni ordusu acizanə şəkildə mövqeləri qoyub geri qaçır. Artıq Ermənistan hakimiyyəti və ordu rəhbərliyi prosesi idarə etmək imkanında da deyillər. Cəbhədəki uğursuzluqları isə nələrləsə ört-basdır etmək lazım idi. Bu da yaşayış məntəqələrinin vurulması oldu və bu hücumun da arxasında Azərbaycan Ordusunun zəfəri qarşısındakı acizlikləri dayanır”.
Jalə Əhmədovanın sözlərinə görə Paşinyan törətdiyi hərbi cinayətlərinin müqabilində beynəlxalq təpki görmür. Amma Azərbaycan ordusu onu və komandasını yaxın gələcəkdə ən ağır formada cəzalandıracaq: “Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalıdır. Cinayətkar erməni rəhbərliyinin məsuliyyətə cəlb olunması təmin edilməlidir. Əks təqdirdə daha ağır nəticələr ola bilər. Əgər beynəlxalq birlik Gəncə hücumunun birbaşa səbəbkarı olan, orduya vurun əmri verən Paşinyanın komandasını cəzalandırmasa, Azərbaycan özü cinayətkarların cavabını verəcək”.




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
İran Xudafərin və Qız Qalası hidroqovşaqlarından istifadə ilə əlaqədar danışıqlara hazırdır
27.10.2020
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiq edildi
27.10.2020
Son iki yüz ildə ilk dəfədir ki, torpaqlarımız işğaldan azad edilir - Tarixçi alim
26.10.2020
Ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir - Anar Eyvazov
26.10.2020
Pakistan Azərbaycana növbəti dəstəyini ifadə etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
3 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
4 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
5 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info