Cəbhədəki məğlubiyyəti həzm edə bilməyən Ermənistan dinc sakinləri hədəf seçir
Tarix: 17.10.2020 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə növbəti dəfə raket zərbələri endirməsi bu ölkə ilə danışıqlar aparmağın mənasız olduğunu bir daha təsdiqləyir. Cəbhədəki məğlubiyyəti, uğursuzluğu həzm edə bilməyən Ermənistan hakimiyyəti dinc sakinləri hədəf seçməklə xalqımızı qorxutmağa çalışır. Lakin buna nail ola bilməyəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat vurğulayıb ki, Ermənistan beynəlxalq konvensiyalara məhəl qoymadan öz çirkin məqsədinə çatmaq üçün ənənəvi metodlarından istifadə edir.

S.Məmmədovun sözlərinə görə, tarixi təcrübə göstərir ki, qarşı tərəfdən hər cür təxribat və terror gözləmək olar, çünki bu, artıq Ermənistanın dövlət siyasətinə çevrilib:

“Biz kiminlə qonşu olduğumuzun fərqindəyik. Ermənistanın dinc əhaliyə hücumları hər birimizi kədərləndirir, hiddətləndirir. Lakin heç kimi təəccübləndirmir. Bizi sadəcə daha çox təəccübləndirən beynəlxalq ictimaiyyətin Ermənistanın törətdiyi cinayətlərə susqunluğudur. Dünya birliyi, beynəlxalq təşkilatlar, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar, xarici kütləvi informasiya vasitələri baş verənlərə laqeyd qalmamalıdır. Çünki Ermənistanın həyata keçirdiyi təxribatlar insanlığa qarşı cinayətdir”.

S.Məmmədov Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Ordusunun zəfər yürüşünün davam edəcəyinə əmin olduğunu bildirib.

Deputat qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın və ordunun ətrafında sıx birləşib. “Bizim qələbəmizi təmin edən məhz birliyimiz və haqlı olmağımızdır. Ermənistan heç bir göstəricisinə görə Azərbaycanla müqayisə oluna bilməz. Tarixi ədalət də, beynəlxalq hüquq da bizim mübarizəmizin haqlı olduğuu təsdiqləyir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bunu nə qədər tez dərk etsə, onlar üçün daha yaxşı olar”.

Milli Məclisin deputatı Ermənistan ordusunun mövqe, texnika və canlı qüvvə baxımından böyük itkilərə məruz qaldığını, ölkənin iqtisadi və səfərbərlik resurslarının faktiki olaraq tükəndiyini xatırladıb. Qeyd edib ki, Ermənistanda siyasi hakimiyyət proseslərə nəzarət imkanını itirib, eyni zamanda ordunun və əhalinin psixoloji durumu da kifayət qədər sarsılıb.

Soltan Məmmədov Ermənistanın işğal olunmuş əraziləri tərk etməyəcəyi təqdirdə daha böyük itkilərə məruz qalacağını vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
30.10.2020
Düşmənə dəqiq zərbələr endirilib
30.10.2020
Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndinə “Smerç” raketi atıb
30.10.2020
İzmirdə zəlzələdə yaralananların sayı 152 nəfərə çatıb, 4 nəfər ölüb - YENİLƏNİB
30.10.2020
İzmirdə zələzələ nəticəsində 4 nəfər ölüb, 120 yaralı var
30.10.2020
Ermənistan ordusunda keşişlər də döyüşür - FOTOFAKT

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11804

1 Manqal salatı
2 Burunda olan tükləri kəsmək olmaz...
3 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
4 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
5 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info