“Mülki əhalini hədəf almaq qəbuledilməzdir və şiddətlə qınanmalıdır“
Tarix: 17.10.2020 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


"Mülki əhalini hədəf almaq qəbuledilməzdir və şiddətlə qınanmalıdır".
APA-nın xəbərinə görə, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" hesabında yazıb.


"Yaşayış məntəqəsinə atılan ballistik raketlərin səbəb olduğu dağıntının nəticəsini görmək üçün diplomatik korpuslarla birlikdə Gəncəni ziyarət etdim. Pakistan itki verən ailələrə başsağlığı verir. Mülki insanları hədəf almaq qəbuledilməzdir və şiddətlə qınanmalıdır", - deyə pakistanlı diplomat qeyd edib.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncədə Ermənistan ordusunun ötən gecə raket atəşinə tutduğu əraziyə gediblər. Diplomatlar tamamilə dağılmış, ciddi ziyan görmüş evlərə, mülki obyektlərə baş çəkiblər.

Xatırladaq ki, Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.

Ermənistan ordusunun oktyabrın 10-da Gəncəyə raket hücumu nəticəsində isə 10 dinc sakin ölüb, 40-dan çox insan yaralanıb. Üç uşaq hər iki valideynini itirib.




 
Bölməyə aid digər xəbərlər
30.10.2020
Azərbaycan öz ərazisində Vətən müharibəsi aparır və bizi heç kim dayandıra bilməz
30.10.2020
Yuri Podolyaka: “İrəvan üçün ölümcül əməliyyat başlayır“
30.10.2020
“İzmirdə baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi”
29.10.2020
Rusiya da gözləyir: Qarabağ tez azad olunsun… –Andrey İvanov
29.10.2020
Azərbaycanlılara doğma evlərinə qayıtmağı arzulayıram - Ronaldinyodan Azərbaycana dəstək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11804

1 Manqal salatı
2 Burunda olan tükləri kəsmək olmaz...
3 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
4 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
5 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info