Pakistan Paşinyanın əsassız ittihamlarını rədd etdi: “Azərbaycanın heç bir ölkənin hərbi dəstyinə ehtiyacı yoxdur!“
Tarix: 17.10.2020 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Pakistanın Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə "RİA Novosti" telekanalına müsahibəsində bu ölkənin hərbi qüvvələrinin Azərbaycan ordusuna yardım etməsi ilə bağlı fikirlərini əsassız adlandırır.

Trend-in məlumatına görə, XİN öz bəyanatında Ermənistanın Baş nazirinin "əsassız və yersiz şərhlərini" qəti şəkildə rədd edib.

Nazirlik xatırladır ki, Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan silahlı qüvvələri kifayət qədər güclüdür və öz torpaqlarını müdafiə etmək üçün heç bir xarici ölkənin köməyinə ehtiyacı yoxdur.

Pakistan XİN-i hesab edir ki, Ermənistan rəhbərliyi özünün Azərbaycana qarşı qanunsuz hərəkətlərini ört-basdır etmək üçün bu cür məsuliyyətsiz propaqandaya sığınır.

"Pakistan Azərbaycana diplomatik, mənəvi və siyasi dəstəyini ardıcıl şəkildə genişləndirib. Pakistan qardaş Azərbaycan xalqının yanında durmağa davam edəcək və hər hansısa təcacüzə qarşı onun özünümüdafiə hüququnu dəstəkləyəcək", - deyə bəyanatda vurğulanır.

Pakistan XİN-i əlavə edib ki, münaqişə tərəfləri arasında sülh və münasibətlərin normallaşdırılması BMT TŞ-nın qətnamələrinin tam və hərtərəfli icrasından və Ermənistan hərbi qüvvlərinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq.




 
Bölməyə aid digər xəbərlər
30.10.2020
İzmirdə zəlzələdə yaralananların sayı 152 nəfərə çatıb, 4 nəfər ölüb - YENİLƏNİB
30.10.2020
İzmirdə zələzələ nəticəsində 4 nəfər ölüb, 120 yaralı var
30.10.2020
Ermənistan ordusunda keşişlər də döyüşür - FOTOFAKT
30.10.2020
Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq
30.10.2020
Ermənistan tərəfindən döyüşlərə cəlb olunan bir neçə əcnəbi beynəlxalq axtarışa verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11803

1 Manqal salatı
2 Burunda olan tükləri kəsmək olmaz...
3 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
4 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
5 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info