Nobel mükafatçısı: “Mədəniyyətlərarası dialoqun Azərbaycanda müzakirəsi təqdirəlayiqdir”
Tarix: 06.11.2013 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Humanitar Forumu sivilizasiyalararası dialoqla yanaşı, elmin, təhsilin və mədəniyyətin inkişafına da mühüm töhfələr verir.
Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Artur müsahibəsində deyib.
Markus Rudolf Artur builki Forumda əvvəlkilərlə müqayisədə daha çox nümayəndənin iştirak etməsinin tədbirdə müzakirə olunan məsələlərə diqqətin və marağın ildən-ilə artmasından xəbər verdiyini söyləyib.
O deyib ki, müasir dövrdə humanitar əməkdaşlıq, qarşılıqlı anlaşma çox böyük sabitləşdirici rol oynayır, davamlı inkişafa şərait yaradır. Bu gün insanların ən böyük arzusu dünya xalqlarının, bütün ölkələrin bir-biri ilə daha səmimi münasibətdə olmaları, qarşılıqlı anlaşmanın dərinləşməsi, beynəlxalq əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasıdır. Buna görə də Bakı Beynəlxalq Humanitar Forumu böyük əhəmiyyətə malikdir. Belə vacib məsələlərin mədəniyyətlərarası dialoqun, multikulturalizmin sürətlə inkişaf etdiyi Azərbaycanda müzakirəsi isə təqdirəlayiqdir.
Hər il olduğu kimi, bu il də Forumun yüksək səviyyədə təşkil edildiyini deyən Nobel mükafatı laureatı bildirib ki, müxtəlif ölkələrdən tanınmış ictimai-siyasi xadimlərin, elm adamlarının bir araya gələrək qlobal əhəmiyyətli məsələləri müzakirə etmələri çox önəmlidir. Bu məsələləri hər zaman diqqət mərkəzində saxladığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə dünya alimləri adından təşəkkür edirəm.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib
19.02.2020
MSK Ağdaş seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələrini ləğv etdi
18.02.2020
Kürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcək
17.02.2020
Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılıb
16.02.2020
Sabahın hava proqnozu açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info