Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib
Tarix: 25.10.2020 | Saat: 11:14:00 | E-mail | Çapa göndər


2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir.
Bununla yanaşı, vətəndaşlarımız Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində mütəmadi olaraq rəsmi qaydada məlumatlandırılır.

Lakin, bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyaların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə olunur.

Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır.

Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır.

Nəzərə çatdırırıq ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Sərt karantin rejiminə keçməkdən başqa yol qalmayıb - Komitə sədri
01.12.2020
Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41 nəfər vəfat edib
01.12.2020
Laçında qalmaq istəyirdilər, ruslar bayraqlarını çıxartdı
01.12.2020
Füzulidə her şey dağıdılıb - Rusiyanin “Dojd“ telekanalının reportajı -VIDEO
01.12.2020
Ermənilər Laçını da bu cür tərk edir - VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info