Rəsm – təsviri sənətin bünövrəsi
Tarix: 06.11.2013 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


|

İncəsənət reallığın bədii təzahürüdür. O, bilavasitə insanın özfəaliyyətinin nəticəsidir və bilavasitə insana istiqamətlənir. İncəsənət reallığı əks etdirərək onu bədii obrazlar vasitəsi ilə insana çatdırır.
Hələ bəşər tarixinin ilkin çağlarında yaranmağa başlamış incəsənət insan şü¬urunun, insan təfəkkürünün və nəhayət insanın həyata münasibətinin formalaş¬ma¬sı və inkişafı ilə həmahəng formalaşıb və bu inkişafı özündə əks edib.
Dünyanın müxtəlif ölkələrində aşkar edilmiş ilk insan məskənləri olan mağaralarda tapılan divar rəsmləri, musiqi daşları, müxtəlif bəzək əşyaları və s. incəsənətin qədimliyinin danılası mümkün olmayan sübutudur.
Misal olaraq respublikamızın ərazisində − Abşeron yarımadasında yerləşən ən qədim insan məskənlərindən sayılan Qobustan qayalarını göstərmək olar. Möhtəşəm qayalar üzərində çəkilmiş rəsmlər burada eramızdan əvvəl on ikinci minillikdə yaşamış ibtidai insanların həyatı və məişəti, onları əhatə edən mühitin səciyyəsi haqqında dəyərli tarixi məlumatlar çatdırmaqla yanaşı təsviri incəsənətin ilk nümunələrini gözümə gətirir. Qobustanda aşkar edilmiş qaval daşı isə bir musiqi aləti olaraq bu sənətin yaranma tarixindən danışır.
İncəsənətin tarixi inkişafı gedişində onun müxtəlif növləri yaranıb: memarlıq, heykəltəraşlıq, boyakarlıq, qrafika, tətbiqi sənət və s. Bütün bu növlərin öz yaranma tarixi, öz inkişaf mərhələləri var. Qədim insan məskənləri olan qayalar üzərində zühura gələn təsviri incəsənət əsrlər boyu formalaşaraq inkişaf edib.
Bu inkişaf prosesində təsviri incəsənət yeni formalar, yeni texnikalar və yeni materiallar əldə edib.
Lakin bütün dövrlərdə təsviri incəsənətin əsasını rəsm təşkil edib. Rəsm təsviri sənətin bünövrəsidir, özülüdür. Rəsmsiz təsviri sənət yoxdur.
Bütün təsviri sənət növlərinin əsasında duran rəsm zaman keçdikcə müstəqil təsviri sənət növünə çevrilib. Rəsmin öyrənilməsi təsviri sənətlə məşğul olma¬ğı qarşısına məqsəd qoymuş hər bir insan üçün zəruri və son dərəcə əhəmiyyətlidir. Bu baxımdan, təsviri sənət məktəblərində rəsmin tədrisi vacibdir. Bu məktəblərdə keçirilən bütün digər fənlərə nisbətdə rəsmin tədrisinə daha çox vaxt ayrılmalıdır.
Rəsm dedikdə, biz təsviri incəsənətdə mövcud olan hər hansı bir formanın səlis, anlaşıqlı və konkret açıqlanmasını başa düşürük.
Rəsm təsvirin aşkarlanmasıdır. Belə ki, növündən asılı olmayaraq təsviri incəsənətin əsasında rəsm durur.
Rəsm təsviri incəsənət əsərinin başlanğıcıdır. Bununla yanaşı rəsm təsviri incəsənətin müstəqil dəzgah növü kimi də gözümə gəlir. Bu zaman o, müstəqil sənət kimi çıxış edir. Bu baxımdan təsviri incəsənətdə rəsmin rolu ikilidir. Birincisi, bütün təsviri sənət növlərində təsvirin əsası, ikincisi isə təsviri incəsənətin müstəqil növü. Hər iki müstəvidə rəsm təsviri sənətin başlanğıc anıdır.
Rəsmin təsviri sənətin əsası kimi meydana gəlməsinin ilk görüntüləri eramızdan əvvəlki dövrlərə – Qədim Misir incəsənətində təsvir formalarının yarandığı vaxtlara təsadüf edir. Məhz o dövrlərdən başlayaraq rəsmin öyrənilməsinə və onun təsviri sənətin əsası kimi qavranılmasına zəmin yaranır.
Rəsm çəkməkdə heç bir səriştəsi və ya vərdişi olmayan, lakin bu işə həvəs göstərən hər bir insan rəsm çəkmək istərkən ilk növbədə öz tanışlarını təsvir etməyə çalışır. Bu zaman o, çəkdiyi rəsmi gördüyü real insana mümkün qədər oxşatmağa səy göstərir.
Lakin sonradan çəkdiyi rəsmi insanın real fiziki görünüşü və ya peşəkar rəssamların yaratdıqları əsərlərlə müqayisə etdikdə, öz işinin nə qədər zəif və təsvir etməyə çalışdığı insanın real görüntüsü ilə nə qədər fərqli olduğunu hiss edir. O, rəsmində naturaya mənsub həcmin və peşəkar rəssamların əsərlərindəki inandırıcılığın olmadığını başa düşür.
Burada problem heç də insanın təsvirinin çəkilməsinin çətinliyində yox, əsas etibarı ilə rəsmin çəkilməsi metodunun səhvliyindədir.
Belə ki, rəsm çəkməyə başlayan şəxs rəsm çəkmir. Əslində o, gördüyünün surətini verməyə və onu real naturaya oxşatmağa çalışır. Bu isə həmişə eyni nəticə verəcək. Çünki rəsmin düzgün çəkilməsini öyrənmək üçün rəssam xüsusi hazırlıq keçməli, həcmin, formanın, quruluşun, naturanın düzgün təsvirinin nə demək olduğunu hərtərəfli və dərindən öyrənməli və mənimsəməlidir.
Rəsmə əsaslanan təsviri sənət ilk növbədə rəssamdan rəsmin hərtərəfli öyrənilməsini, onun arzuolunacaq səviyyədə mənimsənilməsini diktə edir.
Belə ki, əslində natura üçölçülüdür, amma təsvir ikiölçülü müstəvidə verilir. Cisimlər məkanda yerləşir, lakin məkanı fiziki olaraq təsvirdə aşkarlamaq mümkün deyil. Peşəkar rəssam cisimlərin, real formaların oxşarlığını yaradır, məkanın mahiyyətini göstərir. Bu bacarıq dərhal əldə edilmir o, gərgin və sistemli işin nəticəsində yaranır.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info