Burunda olan tükləri kəsmək olmaz...
Tarix: 25.10.2020 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Professordan tövsiyə

Burunda olan tüklər koronavirusa yoluxma ehtimalını azaldır, saqqal və bığlar isə virusdan qorunmaq üçün taxılan maskaların effektivliyini aşağı salır.

Palitranews.az e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyədən olan alim, yoluxucu xəstəliklər və kliniki mikrobiologiya üzrə mütəxəssis, professor Receb Tekin açıqlayıb. Mütəxəssis bildirib ki, koronavirusla mübarizə davam etdiyi bir məqamda vətəndaşların diqqət yetirməli olduğu məsələlər gündən-günə artır. COVİD-19-dan qorunmaq üçün maska taxmaq, məsafə saxlamaqla yanaşı, şəxsi qulluq, gigiyena qaydalarına əməl etmək də mühümdür.

Professor qeyd edib ki, burunda olan tüklər koronavirusun tənəffüs sisteminə, boğaza daxil olmasını yavaşladır, bu səbəbdən həmin bölgədəki tükləri təmizləmək düzgün deyil: "Orqanizm yoluxucu xəstəliklərə qarşı müxtəlif müdafiə mexanizmlərinə sahibdir. Bunlardan biri də burunla nəfəs almaqdır, bu zaman burun tükləri bir filtr rolunu oynayır. Burundakı tüklər virus və bakteriyaları tutaraq filtr rolunu oynayır -tüklərə ilişən virusun boğaza keçməsi, xəstəlik yaratma ehtimalı azalır. Buradakı tükləri tamamilə təmziləyəndə isə bu filtrin funksiyası itir".

Onun sözlərinə görə, saqqal və bığ, onların uzun olması maskanın qoruyucu funksiyasını itirir. Maska ​​funksiyasını itirdiyindən insanın virusa yoluxması asanlaşır. Ona görə də saqqal və bığlarını kəsməyənlər üzlərini tez-tez sabunlu su ilə yumalı, maskalarını davamlı olaraq dəyişdirməlidirlər.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
27.11.2020
Bu xurma koronavirusun qənimidir – Yapon alimləri - VİDEO
25.11.2020
Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
23.11.2020
Kolumbiya sakini lotereyada 3,5 milyon dollar qazandı
21.11.2020
Öküz ili bürclərə nə vəd edir?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info