Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik
Tarix: 26.10.2020 | Saat: 14:04:00 | E-mail | Çapa göndər


Bir aya yaxındır ki, ikinci Qarabağ mühaqribəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik, bu müddət ərzində Şanlı Azərbycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri oktyabrın 26-da xalqa müraciətində səsləndirib.

“Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub və Qarabağ tarxini biz yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülüb. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münqiaşənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyada, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə torpaqlarımız işğal altında düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev deyib: “Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir: “Təsəvvür edin. O vaxt Azərbyacan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmşdir. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dnüya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münqiaşənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq və bütün bu görülən işlər bax bu gün bizə köməklik göstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səylərimiz nəticəsində buna nail ola bilmişik”.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər
29.11.2020
Müharibə necə dayandı? – Paşinyan gizli danışıqları açdı
29.11.2020
Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib
29.11.2020
Qurban Qurbanov koronavirusa yoluxub
29.11.2020
Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info