Azərbaycan Prezidenti: Bolşevik inqilabından sonra Dağlıq Qarabağın Ermənistana verilməsi təhlükəsi var idi
Tarix: 26.10.2020 | Saat: 14:10:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ bölgəsinə - azərbaycanlıların dədə-baba torpaqlarına qonşu ölkələrdən kütləvi qaydada erməni əhalisi gətirilərək yerləşdirildi. Ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar və XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bunu oktyabrın 26-da xalqa müraciətində Qarabağın tarixi barədə söhbətini davam etdirərkən bildirib.

Dövlətimizin başçısı deyib: “1921-ci ilin iyul ayında Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi. Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb, Azərbaycana veribdir. Yalandır! Açın baxın Qafqaz bürosunun protokoluna - Dağlıq Qarabağ Azərbaycan tərkibində saxlanılsın. Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim torpağımızdır”.

Prezident İlham Əliyev təəssüflə qeyd edib ki, sonradan Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi. “Amma onu da bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha aşağı səviyyəli özünüidarəetmə mexanizmi mövcud idi. İndi tarixə baxmaq kifayətdir ki, hər kəs görsün, orada yaşayan ermənilər böyük hüquqlara, imkanlara malik idi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər
29.11.2020
Müharibə necə dayandı? – Paşinyan gizli danışıqları açdı
29.11.2020
Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib
29.11.2020
Qurban Qurbanov koronavirusa yoluxub
29.11.2020
Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info