Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“
Tarix: 26.10.2020 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


“Hazırda koronavirusa yoluxma artır”.

Bunu APA-ya Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu Xəstəliklər kafedrasının dosenti İlham Bayramov deyib. O bildirib ki, dünən 946 nəfərin COVID-19-a yoluxma faktı təsdiqlənib: “Yoluxma sayının artması insanların qaydalara riayət etməməsi - maska taxmaması, ara məsafəsini gözləməməsi ilə əlaqədardır. Həmçinin payız fəslidir, qrip və digər kəskin respirator virus infeksiyaların artan dövrdür. Ona görə də sayda artım müşahidə olunur. Bildiyiniz kimi, cəbhədə döyüş gedir, bununla əlaqəli bəzən insanlar sıx toplaşır, belə halda isə xəstəliyə yoluxma artır. İnsanların fikri cəbhədə olduğuna görə qaydalara məsuliyyətsiz yanaşırlar. Ona görə əhali arasında maarifləndirmə işinin aparılması lazımdır. Şəhidlərimiz olur. Əksər insanlar onların yas mərasiminə gedir. Əksəriyyəti yaşlı şəxslərdir, deyirlər mütləq yas mərasimində iştirak etməliyəm. Onlarda isə immun sistemi zəifdir, risk faktoru daha yüksəkdir. Əvvəl koronavirusa yoluxma orta yaşlı insanlar arasında çox idisə, indi yaşlılar arasında daha çoxdur”.

İ. Bayramov yoluxma sayının daha da artacağı ilə bağlı xəbərdarlıq edib: "COVID-19-a yoluxma sayı daha da arta bilər. İctimai yerlərdə, nəqliyyatda sıxlıq olduğuna və insanlar maskadan düzgün istifadə etmədiyinə görə yoluxma halları artır".

İ. Bayramov vurğulayıb ki, bəzən koronavirusu digər respuirator xəstəliklərlə qarşdırırlar: "Bu da kəskin respirator virus infeksiyasıdır. Sadəcə olaraq qripdə ağırlaşma olur, pnevmoniya sonradan əmələ gəlir. Koronavirusda isə ilk gündən əmələ gəlir. Bəziləri qripin ağırlaşmasını, boğulma tutmalarını koronavirusla səhv salırlar. Bunlar koronavirusda ilk gündən olur. Diabeti, hipertoniya və xroniki tənəffüs xəstəlikləri olan şəxslərdə bu əlamətlər ilkin gündən daha qabarıq görünür. Çünki həmin şəxslərdə koronavirusla yanaşı digər xəstəliklər olduğuna görə, xəstəliyin gedişini ağırlaşdırır. Amma bəzən koronavirus assimptomatik şəkildə olur. Həmin şəxs analiz verməsə, bəlkə də virus aşkar edilməz”.

Həkimin sözlərinə görə, sentyabrda məktəblər açıldığına görə virusa yoluxmanın artmasını onunla əlaqələndirirdilər: “İndi məktəb də yoxdur, amma koronavirusa yoluxma artır. Əhalinin sayı baxımından karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur, amma insanların məsuliyyətli olması vacibdir”.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
28.11.2020
“LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info