Düşmənin növbəti informasiya təxribatı
Tarix: 26.10.2020 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Rəşadətli ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirərək işğal altında olan torpaqlarımızı ardıcıl şəkildə erməni vandallarından təmizləyir və şanlı bayrağımız artıq azad edilmiş şəhər, qəsəbə və kəndlərimizdə dalğalanmaqdadır.

Azərbaycan Banklar Assosiasiyasından Trend-ə bildirilib ki, bütün cəbhələrdə məğlub olan düşmən öz xislətinə uyğun olaraq, çıxış yolunu müxtəlif xarakterli təxribatlarını davam etdirməkdə görür. Növbəti dəfə düşmən tərəfindən Azərbaycan Banklar Assosiasiyasının adından guya Ermənistanın ölkəmizə təcəvüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılması haqqında təxribat xarakterli və həqiqətə uyğun olmayan saxta məlumat yayılmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və Əmanətlərin Sığortalanması Fondu qətiyyətlə bu məlumatları təkzib edərək bir daha ölkə əhalisindən, bank müştərilərindən xahiş edirlər ki, çarəsizliyə düçar olan düşmənin bu xarakterli təxribatlarına əhəmiyyət verməsinlər və bunu aciz düşmənin növbəti təxribatı olduğunu nəzərə alsınlar.

Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyi hökm sürür, bütün bank-maliyyə institutları normal rejimdə fəaliyyət göstərir və bank-maliyyə infrastrukturu əhaliyə stabil xidmətlər göstərir.

Düşmənin kiberməkanda törətməyə çalışdığı belə uğursuz təxribatları kibertəhlükəsizliyə cavabdeh qurumlarımız və mütəxəssislər tərəfindən uğurla dəf edilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər
29.11.2020
Müharibə necə dayandı? – Paşinyan gizli danışıqları açdı
29.11.2020
Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib
29.11.2020
Qurban Qurbanov koronavirusa yoluxub
29.11.2020
Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info