Erməni lobbisinin İsraili nasist Almaniyası ilə eyniləşdirməsi ABŞ yəhudi icmasında ciddi narazılıqla qarşılanıb
Tarix: 27.10.2020 | Saat: 09:45:00 | E-mail | Çapa göndər


Los Ancelesdə erməni lobbisinin İsraili Nasist Almaniyası ilə eyniləşdirməsi ilə bağlı Bakı Şəhəri Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin yazdığı məqalə 22 oktyabr tarixində ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə nəşr edilən “Jewish Journal” qəzetində dərc olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, İsrailin Azərbaycana dəstəyinə etiraz olaraq Los Ancelesdəki erməni lobbisi ötən həftə İsrail Baş Konsulluğu qarşısında mitinq keçirib. Həmin mitinqdə İsrailə ünvanlı “Sizin Nasist Almaniyasından heç bir fərqiniz yoxdur” şüarı nümayiş etdirilib.

M.Yevdayev Ermənistandakı anti-semitizmin baş alıb getdiyini, nüfuzlu “Anti-Defamation League” yəhudi təşkilatının araşdırmasına əsasən Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü ən anti-semit ölkə olduğunu dilə gətirir.

Müəllif bundan başqa Ermənistanın İkinci Dünya Müharibəsi illərində nasist Almaniyası ilə əməkdaşlıq etmiş erməni general Qaregin Njdeni milli qəhrəman səviyyəsinə qaldırdığını, ona Yerevanda heykəl ucaltdığını və nasistlərə xidmət etmiş digər bir erməni general Drastamat Kanayanın adının da dövlət səviyyəsində əbədiləşdirildiyini qeyd edir. Los Ancelesdə qeyd olunan aksiyanı keçirən Erməni Gənclər Federasiyası (Armenian Youth Federation) təşkilatının da vaxtilə məhz Q.Njde tərəfindən yaradıldığını diqqətə çatdırır.

M.Yevdayev eyni zamanda bir neçə gün öncə Ermənistanın Almaniyanın “Almaniya üçün Alternativ” (Alternative für Deutschland) partiyasının neo-nasist üzvlərini Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət etdiyini bildirir.

M.Yevdayev Ermənistanın bütün bu qanunsuz və insanlıqdan kənar hərəkətlərinin fonunda yəhudi, müsəlman və xristianların çiyin-çiyinə birgə xidmət göstərdikləri Azərbaycan Silahlı Qüvvələrinin mülki əhalimizi qorumaq və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək yolunda inamla irəlilədiyini vurğulayır.

ABŞ-ın ən böyük yəhudi təşkilatlarından olan və 400 min insanı özündə birləşdirən Simon Vizental Mərkəzi (Simon Wiesenthal Center) Milix Yevdayevin məqaləsini öz “Twitter” hesabından paylaşaraq, radikal erməni lobbisinin İsraili Nasist Almaniyası ilə eyniləşdirmək cəhdini iyrənc adlandırıb və Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkə ərazisində xristian və yəhudilərin hüquqlarının qorunduğunu və İsraillə yaxşı münasibətlər qurulduğunu qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
27.11.2020
Fransa qondarma “Dağlıq Qarabağ respublikasını“ tanımır - XİN
26.11.2020
Azərbaycanla Ermənistanın Kəlbəcərdəki sərhədinə müvəqqəti qapılar qoyulub
26.11.2020
“Euronews“ erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb
26.11.2020
Azərbaycan Fransaya nota verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info