Son iki yüz ildə ilk dəfədir ki, torpaqlarımız işğaldan azad edilir - Tarixçi alim
Tarix: 27.10.2020 | Saat: 10:22:00 | E-mail | Çapa göndər


Tariximizin son iki yüz ilində Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin işğal edilmiş ərazilərini azad edən yeganə dövlət başçısıdır.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Tarixi faktlara əsaslanan Q.Hacıyev qeyd edib ki, İlham Əliyev Əfşarlar dövlətinin hökmdarı Nadir şahdan sonra Azərbaycanın işğal olunmuş ərazilərini işğaldan azad edən yeganə azərbaycanlı dövlət başçısıdır:

“Doğma torpaqlarımızı işğaldan azad edən Prezident İlham Əliyevin qələbə bayrağını işğaldan azad edilən Şuşaya sancacağına və bununla da adının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacağına inanırıq. İndi Prezident İlham Əliyevin rəhbərliyi aldında yeni tarix yaranır. Bu tarixi proseslərin əhəmiyyəti elmi-tarixi tədqiqini tapacaq, xalqımıza, dünya ictimaiyyətinə çatdırılacaq və gələcək nəsilə vətənpərvərlik ruhunu yüksəltmək üçün ərmağan ediləcək. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi “Biz bu gün Azərbaycanın yeni tarixini, şanlı tarixini yazırıq” fikrinin reallığa çevrilməsinə nail olunacaq.

Q.Hacıyev bildirib ki, tədqiqatlara görə, orta əsrlər dövründə Azərbaycan dövlətinin ərazisi 410 min kv/km olub: “Çox təəssüf ki, tarixin müxtəlif dövrlərində Azərbaycan dövlətinin əraziləri hissə-hissə işğal edilib, bölünüb, parçalanıb. Nəhayət, XX əsrin əvvəllərində yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kv/km olub”.

Alim qeyd edib ki, Azərbaycan torpaqlarının yadellilər tərəfindən işğal edilməsi nəticəsində sovetlər dövründə ölkənin ərazisi azalaraq 84.6 min kv/km-ə enib.




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
26.11.2020
Fransa bəyan etdi: “dqr”i tanımırıq!
26.11.2020
Milli Məclis Fransa Senatının qətnaməsinə etiraz bəyanatı qəbul edib
26.11.2020
Dekabrın 1-ə qədər Laçın Azərbaycana təhvil veriləcək - Sahibə Qafarova
26.11.2020
Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info