TDAV-dan Azərbaycana dəstək məktubu: Qəhrəmanlıq mübarizəsini qardaş Türkiyə qürurla izləyir
Tarix: 27.10.2020 | Saat: 10:37:00 | E-mail | Çapa göndər


Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) sədri Közhan Yazgan Azərbaycana dəstək məqsədilə UNEC rektoru, professor Ədalət Muradova məktub ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda Azərbaycanın bütün beynəlxalq qərarlara rəğmən, 90-cı illərdən bəri ermənilərin işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarını azad etməsi uğrunda qanı, canı bahasına apardığı qəhrəmanlıq mübarizəsini qardaş Türkiyənin qürurla izlədiyi bildirilir. Azərbaycanın 30 ilə yaxın müddətdə bu haqq mübarizəsini sülh yolu ilə həll etmək cəhdlərinin heç bir nəticə vermədiyi, ermənilərin isə mülki obyektləri hədəf aldığı, körpə-uşaq demədən, məsum insanların qanını tökərək vəhşiliklər etdiyi deyilir. Dünyanın gözü önün baş verən bu alçaqlıq nifrətlə, lənətlə qınanılır.

“Qardaş Azərbaycanın acısı acımız, sevinci sevincimizdir” deyən K.Yazgan, “Bir millət iki dövlət” olaraq, bütün duyğularımıza ortaq olduğunu vurğulayıb.

Məktubda TDAV-ın qardaş Azərbaycanın müharibə şəraitində, həm də koronavirus səbəbilə ağır şərtlər altında onlayn təhsildəki uğurlarını yaxından izlədiyi, bu istiqamətdə hər hansı bir dəstəyin göstərilməsi üçün hazır olduqları deyilir.

Sonda K.Yazgan qardaş Azərbaycan ordusunun qısa zamanda zəfər qazanması və işğal altında olan torpaqlarda sonsuza qədər ay-ulduzlu bayrağın dalğalanması ilə bağlı diləklərini çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Fransalı jurnalist: Gəncə və Bərdə şəhərlərində gördüyümüz səhnələr dəhşətli idi
29.11.2020
Sabah Azərbaycanda yağış, qar yağacaq
29.11.2020
Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 3 qətnamə qəbul edildi
28.11.2020
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
28.11.2020
İqtisadi Şuranın növbəti iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info