Qubadlı və Xanlığın azad edilməsi Laçın dəhlizinə çıxış deməkdir - Arzu Nağıyev
Tarix: 27.10.2020 | Saat: 11:47:00 | E-mail | Çapa göndər


Qubadlı və Xanlığın azad edilməsi Laçın dəhlizinə çıxış deməkdir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, hərbi ekspert Arzu Nağıyev “Vestnik Kavkaza” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu yol strateji əhəmiyyət daşıyır:

“Həmin yolla birbaşa Laçına və Ermənistan sərhədinə çatmaq olar. Laçını nəzarətə götürmək həyati əhəmiyyət daşıyır, çünki bu ərazi vasitəsilə Ermənistandan işğal olunmuş ərazilərə təchizat, silah, qoşunlar çatdırılır. Sotk-Kəlbəcər yoluna Murovdağdan nəzarət olunur, İran sərhədinə yol artıq azad edilib. Yalnız Laçın yolu qalır ki, bu da Ermənistanın işğalçı rejimi təchiz etdiyi əsas arteriyadır”.

Ekspert qeyd edib ki, Azərbaycan Ermənistan sərhədinə bütünlüklə yaxınlaşacaq və müvafiq olaraq Sünik və Kapanın bilavasitə yaxınlığında yer alacaq:

“İstənilən halda biz öz sərhədlərimizi beynəlxalq səviyyədə tanınan çərçivədə bərpa etməliyik. İndi və ya sonra, gec və ya tez, amma bu, mütləq baş verəcək. Aydındır ki, Azərbaycan ordusu Ermənistan ərazisinə, həmin Sünikə daxil olmayacaq, çünki biz özgə torpaqlara iddia etmirik. Amma öz torpaqlarımızı tamamilə alacağıq.

Eyni şey şimalda Kəlbəcərə də aiddir. Bu bölgə bufer zonası kimi saxlanmayacaq. Bu, tarixi Azərbaycan torpaqlarıdır və azad ediləcək. Kəlbəcər rayonu ərazisindən dağ yolları keçir ki, buradan əvvəllər silah və terrorçular daşınıb. Humanitar atəşkəs rejimi tətbiq olunduğu üçün digər istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də fəal döyüş əməliyyatları keçirilmir. Amma Ermənistan rejimin şərtlərini pozmaqda davam edir”.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
“Xankəndini də itirəcəyik” – Sarkisyanın etirafı üzə çıxdı
29.11.2020
Jerar Depardye: Azərbaycana heyranam
28.11.2020
Borrell: “İslami terror“ ifadəsi işlədilə bilməz!
28.11.2020
Fransa Senatı tərəfindən qəbul edilən qətnamə beynəlxalq hüquq pozuntusur
27.11.2020
“Paşinyan Azərbaycana ya 50 milyard verəcək, ya da…”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info