SOCAR AQS-yə yeni baş direktor təyin edilib
Tarix: 27.10.2020 | Saat: 13:35:00 | E-mail | Çapa göndər


SOCAR AQŞ MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Ramın İsayev müəssisənin Baş direktoru vəzifəsindən azad edilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, təsisçilərinin qərarına əsasən Samir Mollayev müəssisənin yeni Baş direktoru təyin edilib.

Samir Mollayev yeni təyinatından öncə SOCAR AQŞ-nin səhmdarlarından biri olan Nobel Oil Services şirkətlər qrupunda Qazma Biznesi üzrə Baş Əməliyyat Direktoru vəzifəsində çalışıb. Bu vəzifədə şirkətlər qrupunun qazma biznesinin inkişafı istiqamətində müxtəlif layihələrinin, o cümlədən Nobel Oil Services şirkətinin Qazaxıstanda “Evrika Oleum” şirkətinin neft yatağında quyuların qazılması üzrə idarəetmə xidmətləri və digər layihələrin iştirakçısı olub.

Neft-qaz sənayesi üzrə peşəkar karyerasına 2006-cı ildə Schlumberger şirkətində Quyuların Yoxlanılması Mühəndisi vəzifəsində başlayan Samir Mollayev daha sonra Birləşmiş Krallıqda və Danimarkada Baş Sahə Mühəndisi kimi çalışıb. 2009-cu ildən BP şirkətində “Quyuların qazılması, tamamlanması, test edilməsi, təmiri, geoloji-texniki işlər və quyuların kompleks mühəndislik xidmətləri’’ komandasının yuxarı rəhbəri vəzifəsində çalışan S. Mollayev 2010/2011-ci illərdə ABŞ-da müxtəlif beynəlxalq layihələrdə uğurla iştirak edərək liderlik bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib.

SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. SOCAR AQŞ həm Xəzərin Azərbaycan sektorunda, həm də Türkiyədə həyata keçirdiyi qazma əməliyyatlarını uğurla davam etdirir.

Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və AQŞ şirkətləridir.




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub
26.11.2020
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq
26.11.2020
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
26.11.2020
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
26.11.2020
Polşa “Cənub Qaz Dəhlizi“nin gələcək inkişafını dəstəkləyəcək - Səfir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info