Bu əməliyyatla Bakı müharibəni bitirəcək - Brayza
Tarix: 27.10.2020 | Saat: 13:38:00 | E-mail | Çapa göndər


Müharibə siyasətin davamıdır. Yəni siyasi həqiqətləri formalaşdırmaq üçün hərbi güc tətbiq olunur. Və Azərbaycan bunu parlaq şəkildə etdi.

Palitranews.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında keçmiş ABŞ səfiri Metyu Brayza erməni tərəfinin üçüncü razılaşdırılmış humanitar atəşkəsi pozması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistanın atəşkəsi pozması təəccüblü deyil:

“Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa etmək üçün bu günə qədər tədbirli və yüksək effektiv hərbi strategiya nümayiş etdirib. Düşünürəm ki, indi qarşıda həlledici məqam gəlir. Azərbaycan Laçın dəhlizinə nəzarət etməyə çalışır və döyüşləri davam etdirdiyi ərazi çox çətin, dağlıq ərazidir. Və Ermənistan qüvvələri buna hazırlıqlıdır. Ancaq düşünürəm ki, Azərbaycan irəliləməyə davam edəcək və Azərbaycan Laçın dəhlizinə nəzarəti ələ alandan sonra müharibənin hərbi mərhələsi sona çatacaq. Çünki Azərbaycan bundan sonra müharibəni dayandırıb Dağlıq Qarabağı mühasirəyə ala bilər. Bu isə o deməkdir ki, Ermənistandan Dağlıq Qarabağa təchizat gətirmək üçün heç bir yol qalmayacaq. Beləliklə, Azərbaycan özünü danışıqlar baxımından son dərəcə güclü bir vəziyyətdə tapacaq. Əlbəttə ki, bu danışıqlar siyasi xarakter daşıyır. Hər bir müharibə siyasi nəzəriyyəçi Karvon Klosovitsin bizə 19-cu əsrdə öyrətdiyi kimi siyasi danışıqlar yolu ilə həll olunur. Müharibə siyasətin davamıdır. Yəni siyasi həqiqətləri formalaşdırmaq üçün hərbi güc tətbiq olunur. Və Azərbaycan bunu parlaq şəkildə etdi”.

Brayza müharibədən sonrakı ilkin mərhələdə hansı addımların atılmalı olduğundan da danışıb:

“Tezliklə Azərbaycan müharibənin hərbi mərhələsini dayandıra və son dərəcə güclü mövqedən siyasi mərhələyə – Dağlıq Qarabağın və ətraf 7 rayonun Azərbaycanın suverenliyi və nəzarəti altında - keçə biləcək. Azərbaycan, həmçinin Dağlıq Qarabağdakı erməni sakinlərinin özlərini təhlükəsizlikdə və əmin-amanlıqda hiss etmələrinin təminatçısı olmaqla yanaşı Azərbaycan vətəndaşlarının da öz keçmiş evlərinə qayıtmasını təmin etməlidir. Azərbaycanın beynəlxalq birliyin dəstəyini qazanması lazımdır. Beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq ona görə önəmli olacaq ki, Azərbaycan Dağlıq Qarabağ və ətraf 7 rayon ərazisində yenidənqurma işlərini aparmaq üçün maliyyə imkanları əldə edəcək”.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Angela Merkel: ‘‘Türkiyәyә dәstәk vermәyә davam etmәliyik’’
01.12.2020
Bako Saakyan: Dayandır dedik, Nikol “davam” əmr etdi!
01.12.2020
Aleksandr Perenciyev: İşğalçılara bircə o lazımdır ki...
01.12.2020
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
30.11.2020
“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” –Maksim Şevçenko

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
3 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
4 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
5 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info