Mətbuat Şurası “Euronews”un çəkiliş qrupunun Ermənistan tərəfindən atəşə tutulması ilə bağlı müraciət yayıb
Tarix: 27.10.2020 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurası “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı müraciət yayıb.

Şuradan Trend-ə verilən məlumata görə, müraciət xaricdəki nüfuzlu media birliklərinə, beynəlxalq təşkilatlara və insan hüquqları sahəsindəki qurumlara ünvanlanıb.

Müraciətdə deyilir: ""Euronews" telekanalının çəkiliş qrupu Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşə faəliyyətini yerinə yetirərkən, Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulub. Azərbaycan Mətbuat Şurası olaraq baş vermiş hadisəni qətiyyətlə pisləyirik. Bu, ümumilikdə söz və ifadə azadlığına yönəlmiş hücumdur.

Cəbhə bölgəsində peşə borcunu yerinə yetirən jurnalistlərin Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalması faktları çoxalmaqdadır. İndiyədək Azərbaycan jurnalistləri 4 dəfə onların hücumuna məruz qalıblar. “Euronews”un materialından aydın görünür ki, onların hədəfi məhz bu telekanalın çəkiliş qrupu olub. Xoşbəxtlikdən media orqanının əməkdaşları xəsarət almayıblar, yalnız avtomobilə ziyan dəyib.

Məsələ nəinki Azərbaycan jurnalistlərində, eləcə də ölkə ictimaiyyətində ciddi narahatlıq doğurur. Eyni narahatlığı dünya ictimaiyyətinin də bölüşməli olduğu qənaətindəyik. Çünki Ermənistan silahlılarının açdıqları atəş məqsədyönlü xarakter daşıyır. Onlar istəyirlər ki, cəbhənin Azərbaycan reallıqları beynəlxalq aləmə çatdırılmasın. Hər vasitə ilə bunu əngəlləməyə çalışırlar. Erməni lobbisinin cəbhə xəttinin Azərbaycan hissəsindən reportaj yayımlamış Fransanın “TF1” telekanalına təzyiqləri, xüsusən reportajın müəllifi xanım Liseron Budulun ölümlə hədələnməsi, təhqirlərlə üzləşməsi deyilənlərin sübutudur.

Reallıq budur ki, Ermənistan cəbhədə məğlub durumdadır və bunun heyfini dinc əhalidən çıxmağa çalışaraq Azərbaycanın kənd və qəsəbələrini, rayon mərkəzlərini atəş altında saxlayır. Nəticədə mülki şəxslər arasında çoxsaylı ölən və yaralananlar var, minlərlə ev dağılıb, əhalinin təsərrüfatına külli miqdarda ziyan dəyib. Ermənistan hakimiyyəti dünyanın məhz bu vandallığı bilməsinin qarşısını almaq istəyir. Ona görə jurnalistləri hədəf seçir.

Azərbaycan Ordusunun ruh yüksəkliyinin, vətəndaşlarının mərd xüsusiyyətlərinin, düşməndən qorxmayaraq evlərini tərk etməməməsinin göstərilməsi Ermənistan hakimiyyəti üçün sərfəli deyil. Bu, işğalçı ölkə daxilindəki gərginliyi artıran amildir. Ona görə bölgədə fəaliyyət göstərən jurnalistlərə atəş açır, onları qorxudaraq ərazidən uzaqlaşdırmağa cəhd göstərirlər.

Azərbaycan Mətbuat Şurası olaraq bir daha “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik. Hesab edirik ki, bununla Ermənistan hakimiyyəti özünün təcavüzkar mahiyyətini azad media dəyərlərinə münasibətdə də göstərməkdədir. Şura bu kimi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla məsələ ilə bağlı beynəlxalq miqyasda ciddi və sərt reaksiyaların formalaçağına əminliyini bildirir. Azərbaycan jurnalistlərinin, bütövlükdə ölkə ictimaiyyətinin gözləntisi budur".




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Korona mövsümi xəstəlik kimi qalacaq...-ingilis həkim
02.12.2020
Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib
02.12.2020
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
02.12.2020
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
02.12.2020
Gülər Əhmədova yeni vəzifəyə təyin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
3 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
4 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
5 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info