Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
Tarix: 27.10.2020 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədilə kommersiya banklarının icra etdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulu davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihədə aztəminatlı ailələrin üzvləri, məcburi köçkünlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslərlə yanaşı, şəhid ailəsi üzvlərinə də üstünlük verilir.

Məqsəd aztəminatlı əhali qruplarının kiçik sahibkarlığa çıxışına şərait yaratmaqla gəlir imkanlarının artırılmasıdır.

Layihədən yararlanmaq üçün Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin məşğulluq layihələri üzrə vahid onlayn qeydiyyat sistemi (https://forms.gle/bJ4uBBB8fNPFeYyc9) olan “Layihələr üzrə müraciət forması”na daxil olaraq qeydiyyatdan keçmək olar. Layihəyə qoşulmaq üçün e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə də müraciət etmək mümkündür.

2020-ci il ərzində 1000 nəfər işsiz şəxs üçün bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması nəzərdə tutulub. Onlardan artıq bir hissəsinə banklar tərəfindən aktivlər verilib və bu proses davam edir.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi
30.11.2020
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
29.11.2020
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
28.11.2020
“LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
2 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
3 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
4 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
5 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info