Emənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN
Tarix: 27.10.2020 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Ermənistan humanitar atəşkəs rejimini kobudcasına pozaraq mülki obyektləri atəşə tutmaqda davam edir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Belə ki, bu gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində 13 nəfər mülki şəxs xəsarət alıb, 4 nəfər həlak olub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
“Səndən mənə qardaş olmaz, sən ermənisən”... – VİDEO
02.12.2020
Laçının Qarıqışlaq kəndindən VİDEOgörüntü
02.12.2020
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
02.12.2020
Kəlbəcər rayonu Söyüdlü (Zod) qızıl yatağı - VİDEO
02.12.2020
Azərbaycanda 3942 nəfər COVID-19-a yoluxub, 2265 nəfər sağalıb, 37 nəfər vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
3 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
4 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
5 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info