Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil - Hikmət Hacıyev
Tarix: 27.10.2020 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Humanitar atəşkəsə baxmayaraq, Ermənistan Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutmaqda davam edir. Bu onu göstərir ki, Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın bu gün Bərdə rayonuna raket atması ilə bağlı bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi atteşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri bu gün “Smerç” raketindən Azərbaycanın Bərdə və Tərtər şəhərlərini atəşə tutub: “Onların bu terrorist hərəkətləri nəticəsində 1-i uşaq olmaqla, 4 nəfər mülki insan həlak olub, 2-si uşaq olmaqla 14 insan yaralanıb. Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Ümumilikdə, erməni terroru nəticəsində 69 insan öz həyatını itirib, 322 nəfər yaralanıb. Humanitar atəşkəs elan olunandan bu günə qədər Ermənistan tərəfindən mülki obyektlərə qarşı 300-ə qədər mərmi, 10 raket istifadə edilib. Bu, Ermənistanın hərbi siyasi rəhbərliyinin hərbi cinayətidir".




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib
02.12.2020
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
02.12.2020
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
02.12.2020
Gülər Əhmədova yeni vəzifəyə təyin ediləcək
02.12.2020
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
2 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
3 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
4 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
5 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info